https://sputnik.az/20220313/hec-bir-olkenin-azerbaycan-qeder-ran-ucun-ehemiyyeti-yoxdur--ranli-deputat-440109024.html
Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur – İranlı deputat
Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur – İranlı deputat
Sputnik Azərbaycan
Parlamentari əlavə edib ki, İranda yeni hökumət iqtidara gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində görüşlər... 13.03.2022, Sputnik Azərbaycan
2022-03-13T17:39+0400
2022-03-13T17:39+0400
2022-03-13T19:36+0400
siyasət
iran
deputat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440108375_0:0:3072:1728_1920x0_80_0_0_7d4360e15725bdca164f1f763756cfd2.jpg
BAKI, 13 mart - Sputnik. Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur.Bunu Trend-ə açıqlamasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini deyib.M.Abbaszadə Meşkininin sözlərinə görə, İranın yeni hökuməti qonşu ölkələrə xüsusi önəm verir. İranla Azərbaycan arasında çoxlu bağlar mövcuddur. Qonşu ölkələr arasında isə İran üçün Azərbaycanın xüsusi yeri var.Abbaszadə Meşkini əlavə edib ki, İranda yeni hökumət iqtidara gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində görüşlər baş tutub.“İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin gücləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmaq istiqamətində işlər görür. Demək olar ki, hazırda iki ölkə əlaqələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bununla əlaqədar İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian parlamentə münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar xüsusi hesabat təqdim edib və bu hesabat istiqamətində addımlar atılır”, - deyə o qeyd edib.İranlı parlamentari qeyd edib ki, İranın Neft Nazirliyinin vəzifələrindən biri neft sahəsində Azərbaycanla münasibətlərin yaradılmasıdır. Azərbaycan və İran prezidentlərinin Türkmənistan paytaxtı Aşqabaddakı görüşündə enerji iqtisadiyyatı sahəsində danışıqlar olub və bununla əlaqədar razılaşma əldə olunub. Buna əsasən İranın Azərbaycanla enerji sektorunda münasibətləri maksimum səviyyəyə yüksələ bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220312/33-uzre-novbeti-gorusun-yeri-ve-vaxti-deqiqlesdirilir-440093578.html
iran
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440108375_199:0:2930:2048_1920x0_80_0_0_a0b487c5201e5b069c1fa5abdd7d2d2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, deputat, azərbaycan
iran, deputat, azərbaycan
Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur – İranlı deputat
17:39 13.03.2022 (Yenilənib: 19:36 13.03.2022) Parlamentari əlavə edib ki, İranda yeni hökumət iqtidara gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində görüşlər baş tutub.
BAKI, 13 mart - Sputnik. Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur.
Bunu
Trend-ə açıqlamasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü
Mahmud Abbaszadə Meşkini deyib.
M.Abbaszadə Meşkininin sözlərinə görə, İranın yeni hökuməti qonşu ölkələrə xüsusi önəm verir. İranla Azərbaycan arasında çoxlu bağlar mövcuddur. Qonşu ölkələr arasında isə İran üçün Azərbaycanın xüsusi yeri var.
Abbaszadə Meşkini əlavə edib ki, İranda yeni hökumət iqtidara gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində görüşlər baş tutub.
“İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin gücləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmaq istiqamətində işlər görür. Demək olar ki, hazırda iki ölkə əlaqələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bununla əlaqədar İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian parlamentə münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar xüsusi hesabat təqdim edib və bu hesabat istiqamətində addımlar atılır”, - deyə o qeyd edib.
İranlı parlamentari qeyd edib ki, İranın Neft Nazirliyinin vəzifələrindən biri neft sahəsində Azərbaycanla münasibətlərin yaradılmasıdır. Azərbaycan və İran prezidentlərinin Türkmənistan paytaxtı Aşqabaddakı görüşündə enerji iqtisadiyyatı sahəsində danışıqlar olub və bununla əlaqədar razılaşma əldə olunub. Buna əsasən İranın Azərbaycanla enerji sektorunda münasibətləri maksimum səviyyəyə yüksələ bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.