https://sputnik.az/20220314/ermenistana-teqdim-edilen-teklifler-aciqlanib---resmi-440135918.html
Ermənistana təqdim edilən təkliflər açıqlanıb - Rəsmi
Ermənistana təqdim edilən təkliflər açıqlanıb - Rəsmi
Növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər... 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T15:54+0400
2022-03-14T15:54+0400
2022-03-14T15:56+0400
siyasət
xin
leyla abdullayeva
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/42093/35/420933568_0:0:1786:1006_1920x0_80_0_0_5e116a52fd68e84f3df6c049ff2df90b.jpg
BAKI, 14 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb. Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, qurumun Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib:"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib".Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib.Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:L.Abdullayeva vurğulayıb ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220314/serqi-zengezurla-naxcivan-arasinda-kommunikasiya-baglantilari-yaradilir---serh-440129630.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42093/35/420933568_0:0:1786:1340_1920x0_80_0_0_7023aa03b1ec3142ad4d10726803b599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xin, leyla abdullayeva
Ermənistana təqdim edilən təkliflər açıqlanıb - Rəsmi
15:54 14.03.2022 (Yenilənib: 15:56 14.03.2022) Növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib.
BAKI, 14 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb. Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, qurumun Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib:
"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib".
Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib.
Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. L.Abdullayeva vurğulayıb ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.