SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"3+3" üzrə növbəti görüşün yeri və vaxtı dəqiqləşdirilir

© Sputnik / Sergey Guneev / Mediabanka keçidGörüş, arxiv şəkli
Görüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib.
BAKI, 12 mart - Sputnik. "Azərbaycan "3+3" əməkdaşlıq platformasını dəstəkləyir”.
APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, artıq "3+3" formatı üzrə ilk iclas keçirilib: “Biz burada əsasən regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq ilk növbədə regionun problemlərini özümüz həll etməliyik, əməkdaşlıq üçün olan böyük potensialı bir araya gətirməliyik.
Məsələn, Azərbaycan-Türkiyə-İran arasında son nəqliyyat anlaşmasını misal göstərmək olar. Bu, bizim regionumuzla bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, "3+3" formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə "3+3" formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib.
“Altılıq əməkdaşlıq platforması” (3+3) ideyasının təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir.
Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci ilin dekabrında "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasının vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0