https://sputnik.az/20220310/azerbaycanla-ran-arasinda-sened-imzalanacaq-naxcivana-getmek-ucun-440015460.html
Azərbaycanla İran arasında sənəd imzalanacaq-Naxçıvana getmək üçün
Azərbaycanla İran arasında sənəd imzalanacaq-Naxçıvana getmək üçün
Sputnik Azərbaycan
Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. 10.03.2022, Sputnik Azərbaycan
2022-03-10T13:47+0400
2022-03-10T13:47+0400
2022-03-10T13:47+0400
iran
iqtisadiyyat
azərbaycan
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 10 mart — Sputnik. Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə Anlaşma Memorandumu imzalanacaq.Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.Xatırladaq ki, Azərbaycan vətəndaşlarının İrandan keçməklə Naxçıvana hərəkəti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar uzun müddətdir ki, dayandırılıb."Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda - Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Iran Khodro"nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq", - o qeyd edib.R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları investisiya qoyub.Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir.O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan "Iran Khodro" "Azərmaş" ASC ilə birlikdə "Xəzər" şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220308/azerbaycan-ve-ran-xn-rehberleri-neden-danisib-439957215.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, azərbaycan, ceyhun bayramov
iran, azərbaycan, ceyhun bayramov
Azərbaycanla İran arasında sənəd imzalanacaq-Naxçıvana getmək üçün
Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək.
BAKI, 10 mart — Sputnik. Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə Anlaşma Memorandumu imzalanacaq.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.
O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.
Xatırladaq ki, Azərbaycan vətəndaşlarının İrandan keçməklə Naxçıvana hərəkəti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar uzun müddətdir ki, dayandırılıb.
"Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda - Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Iran Khodro"nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq", - o qeyd edib.
R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.
Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları investisiya qoyub.
Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir.
O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan "Iran Khodro" "Azərmaş" ASC ilə birlikdə "Xəzər" şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.