SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan ərazilərində qanunsuz erməni hərbi birləşmələri olmamalıdır - Nazir müavini

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov  - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.
BAKI, 11 mart - Sputnik. Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.
“Azərbaycan ərazilərində olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb - Sputnik Azərbaycan, 1920, 11.03.2022
SİYASƏT
Bölgədə güc nisbəti dəyişir: İlham Əliyevin Türkiyə səfərinin nəticələri nə vəd edir?
Xəbər lenti
0