https://sputnik.az/20220311/bolgede-guc-nisbeti-deyisir-lham-eliyevin-turkiye-seferinin-neticeleri-ne-ved-edir-440064418.html
Bölgədə güc nisbəti dəyişir: İlham Əliyevin Türkiyə səfərinin nəticələri nə vəd edir?
Bölgədə güc nisbəti dəyişir: İlham Əliyevin Türkiyə səfərinin nəticələri nə vəd edir?
Sputnik Azərbaycan
Millət vəkili Arzu Nağıyev bildirib ki,dünyada geo-siyasi vəziyyətin mürəkkəb bir vaxtında Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır. 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T18:48+0400
2022-03-11T18:48+0400
2022-03-11T18:48+0400
deputat
siyasət
politoloq arzu nağıyev
prezident ilham əliyev
türkiyə
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031219_0:90:1960:1193_1920x0_80_0_0_eb0a53724f73549033b41b85c021093a.jpg
BAKI, 11 mart — Sputnik. Martın 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb.Prezidentlərin görüşünü Sputnik Azərbaycan-a şərh edən millət vəkili Arzu Nağıyev bildirib ki,dünyada geo-siyasi vəziyyətin mürəkkəb bir vaxtında Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır:"Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən dərinləşməsi göz qabağında olan prosesdir. Bu əməkdaşlıqda da əsas məqsəd regional və qlobal sülə dəstək vermək, bir-birinə yardım etmək əsas məqamlardır".Azərbaycan və Türkiyənin "3+3" formatındakı əməkdaşlığına da diqqət çəkən millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, əməkdaşlıq prosesinə bütün ölkələrin cəlb edilməsi, rəsmi Bakı və Ankaranın bu ideanın reallaşdırılması istiqamətində atdığı real addımlar göz qabağındadır: "Düşünürəm ki, görüşdə müzakirə mövzuları içərisində sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla sülh sazişinin imzalanması əsas məqamlardan olub. Hazırkı gərgin geo-siyasi şəraitdə Azərbaycandan başlayıb Gürcüstan və Türkiyədən keçməklə Avropaya qədər uzanan TAP və TANAP boru kəmərləri xüsusilə diqqət mərkəzindədir".Arzu Nağıyev deyib ki, Ukraynada baş verənlər Avropanın qazla təminatında böhranlı vəziyyət yaradıb: "Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşa çevrilib. Bu məsələdə Azərbaycanın Türkiyə ilə məsləhətləşmələr aparması, müzakirələrin keçirilməsi əhəmiyyətlidir".Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış Şuşa Bəyannaməsinə toxunan Arzu Nağıyev qeyd edib ki, bu bəyannamə artıq bir qanuna çevrilib: "Bu qanuna BMT nizamnaməsinə uyğun olaraq mövcud təhdilərə qarşı birgə addımların atılması kimi məqamları özündə ehtiva edir. Bu baxımdan Antalyada keçirilən Diplomatiya Forumunda həm də Cənubi Qafqazın təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Azərbaycan və Türkiyənin sülhə nail olmaq üçün çağırışları hazırkı şəraitdə vacib əhəmiyyət daşıyır. Azərbaycan hər hansı hərbi blokda iştirak etməsə də, proseslərin nizamlanmasında regionun lider ölkələrindən biri kimi fəal addımlar atır. Ankara və Bakının bu prosesdəki addımları bütün dünya üçün etalon olmalıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220223/susa-ve-moskva-beyannameleri-arasinda-ferq-herbi-meslehetlesmeler-evvel-de-olub-439508982.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440031219_126:0:1835:1282_1920x0_80_0_0_e4cbda9618952ab81529e53c96442763.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
deputat, politoloq arzu nağıyev, prezident ilham əliyev, türkiyə, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
deputat, politoloq arzu nağıyev, prezident ilham əliyev, türkiyə, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Bölgədə güc nisbəti dəyişir: İlham Əliyevin Türkiyə səfərinin nəticələri nə vəd edir?
Millət vəkili Arzu Nağıyev bildirib ki,dünyada geo-siyasi vəziyyətin mürəkkəb bir vaxtında Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır.
BAKI, 11 mart — Sputnik. Martın 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb.
Prezidentlərin görüşünü Sputnik Azərbaycan-a şərh edən millət vəkili Arzu Nağıyev bildirib ki,dünyada geo-siyasi vəziyyətin mürəkkəb bir vaxtında Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən dərinləşməsi göz qabağında olan prosesdir. Bu əməkdaşlıqda da əsas məqsəd regional və qlobal sülə dəstək vermək, bir-birinə yardım etmək əsas məqamlardır".
Azərbaycan və Türkiyənin "3+3" formatındakı əməkdaşlığına da diqqət çəkən millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, əməkdaşlıq prosesinə bütün ölkələrin cəlb edilməsi, rəsmi Bakı və Ankaranın bu ideanın reallaşdırılması istiqamətində atdığı real addımlar göz qabağındadır:
"Düşünürəm ki, görüşdə müzakirə mövzuları içərisində sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla sülh sazişinin imzalanması əsas məqamlardan olub. Hazırkı gərgin geo-siyasi şəraitdə Azərbaycandan başlayıb Gürcüstan və Türkiyədən keçməklə Avropaya qədər uzanan TAP və TANAP boru kəmərləri xüsusilə diqqət mərkəzindədir".
Arzu Nağıyev deyib ki, Ukraynada baş verənlər Avropanın qazla təminatında böhranlı vəziyyət yaradıb: "Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşa çevrilib. Bu məsələdə Azərbaycanın Türkiyə ilə məsləhətləşmələr aparması, müzakirələrin keçirilməsi əhəmiyyətlidir".
Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış Şuşa Bəyannaməsinə toxunan Arzu Nağıyev qeyd edib ki, bu bəyannamə artıq bir qanuna çevrilib:
"Bu qanuna BMT nizamnaməsinə uyğun olaraq mövcud təhdilərə qarşı birgə addımların atılması kimi məqamları özündə ehtiva edir. Bu baxımdan Antalyada keçirilən Diplomatiya Forumunda həm də Cənubi Qafqazın təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Azərbaycan və Türkiyənin sülhə nail olmaq üçün çağırışları hazırkı şəraitdə vacib əhəmiyyət daşıyır. Azərbaycan hər hansı hərbi blokda iştirak etməsə də, proseslərin nizamlanmasında regionun lider ölkələrindən biri kimi fəal addımlar atır. Ankara və Bakının bu prosesdəki addımları bütün dünya üçün etalon olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.