Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Mir" ödəniş sisteminin Azərbaycanda tətbiqi çətin olmayacaq - Ekspert

© Sputnik / Anton Denisov / Mediabanka keçid"Mir" ödəniş sistemi
Mir ödəniş sistemi - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
İqtisadçının fikrincə, Azərbaycanda Rusiya kapitallı iki bank mövcud olduğundan sistemin tətbiqi elə də çətin olmayacaq.
BAKI, 10 mart — Sputnik. Azərbaycan ekspert və iqtisadçıları Rusiyanın "Mir" ödəniş sisteminin ölkədə tətbiqi barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüblər.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov respublikanın sistemə qoşulmasını vacib hesab edir:
"Rusiyanın "Mir" sisteminin Azərbaycanda tətbiqi vacibdir və bu kimi məsələ əslində Bakı və Moskva arasında fevralda imzalanan müttəfiqlik fəaliyyəti haqda bəyannamədə də nəzərdə tutulub".
"Biz mütləq qoşulmalıyıq. Rusiya böyük ölkədir, qonşumuzdur, bizim əməkdaşlığımız var. Bizim xeyli soydaşlarımız və vətəndaşlarımız orada yaşayır, əlaqələr var", - deyə ekspert söyləyib.
Onun fikrincə, Azərbaycanda Rusiya kapitallı iki bank mövcud olduğundan sistemin tətbiqi elə də çətin olmayacaq.
Onlardan biri Rusiyanın dövlət bankı VTB-ni təmsil edir, onu, ana bankda mövcud sistemə qoşmaq elə də çətin deyil, deyə ekspert bildirib.
İqtisadçı Emin Qəribli də sistemə qoşulmanı müsbət qiymətləndirir.
Onun dediyinə görə, hətta əvvəllər də "Mir" sisteminin ölkədə işləməməsi çətinliklər yaradıb:
"Sanksiyalar dönəmində regional inkişaf ehtiyacı yaranır, bankların alternativ sistemlərə qoşulmasına ehtiyac var".
"Böhran inkişaf imkanıdır, bu günkü böhrandan banklar, maliyyə strukturları bəhrələnə bilərlər. Ökənin maliyyə sektoru belə məsələlərə bəzən passiv yanaşır" - Qəribli deyib.
Onun sözlərinə əsasən, əgər boşluq varsa, amma kommersiya qurumları buna getmirsə, dövlət dəstəyinə ehtiyac ola bilər, bu günün tələblərinə uyğun proqram qəbul olunmalıdır:
""Mir" və Çinin sistemlərinə inteqrasiya olarsa, ölkələr arasında mübadilə artar və kooperasiya yaratmaq imkanı olar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rubl, avro, dollar - Sputnik Azərbaycan, 1920, 10.03.2022
TƏHLİL
Azərbaycan və Rusiya arasında köçürmələr: pul göndərmək və almaq mümkün olacaqmı
Xəbər lenti
0