Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan və Rusiya arasında köçürmələr: pul göndərmək və almaq mümkün olacaqmı

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidRubl, avro, dollar
Rubl, avro, dollar - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
BAKI, 10 mart — Sputnik. Rusiyanın ödəmə sistemləri ilə işləyən bir sıra Azərbaycan bankları Rusiya ilə pul əməliyyatlarından imtina edir. Qərbin sanksiyalarının Rusiya Federasiyası ilə Azərbaycan arasında pul köçürmələrinə necə təsir edəcəyini Sputnik Azərbaycan araşdırıb.
Ukraynadakı vəziyyətlə əlaqədar Qərbin Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq etməsindən sonra Rusiyadan xaricə və əks istiqamətdə pul köçürmələrində müəyyən çətinliklər yaranıb.
Belə ki, Rusiya SWIFT sistemindən ayrıldıqdan sonra bir sıra Rusiya banklarından xarici valyutada pul köçürülməsi qeyri-mümkün olub.
Bundan əlavə, “Visa” “Mastercard” beynəlxalq ödəniş sistemlərinin eyni vaxtda Rusiya bazarında işini dayandırdığını elan etdiyinə görə martın 9-dan sonra Rusiya bank kartları sahibləri xaricdə, o cümlədən Azərbaycanda olarkən pullarını çıxara bilməyəcəklər.
“Zolotaya korona” və “Contact” sistemi ilə köçürmələr
Rusiya Federasiyasında “Western Union” beynəlxalq köçürmə sisteminin işində fasilələr yarandıqdan sonra Rusiyadan Azərbaycana pul köçürmələrinin yeganə yolu “Zolotaya Korona” və “Contact” sistemləridir ki, bu sistem vasitəsilə ölkənin bir çox banklarında, o cümlədən Azərpoçt filiallarında pul göndərə və qəbul edə bilərsiniz.
“Yelo Bank”dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycandan Rusiyaya pul köçürmələri dollar, avro və manatla həyata keçirilir - rus rublu kassalarda qəbul edilmir. Eyni zamanda, köçürmələr üçün komissiya sabit deyil və pulun Rusiyanın hansı şəhərinə göndəriləcəyindən asılıdır.
Bundan əlavə, komissiyalar hər gün müəyyən edilir və rublun məzənnəsindən asılıdır. Xüsusilə, çərşənbə günü, günorta, martın 9-da bank məlumat verdi ki, pulun köçürülməsi üçün məbləğin 0,5%-i həcmində komissiya tutulur.
“VTB Azərbaycan” Bankı bir müddət əvvəl “Zolotoya Korona” köçürmə sistemindən imtina etdiyini və yalnız “Contact” ilə işlədiyini bildirib. Azərbaycandan pul köçürmələri üçün komissiya da rublun məzənnəsindən asılı olaraq hər gün müəyyən edilir. Eyni zamanda, “VTB Azərbaycan”da kassada rublla pul köçürmək və ya almaq mümkün deyil.
“Expressbank”dan Sputnik Azərbaycan-a verilən məlumata görə, köçürmələr “Zolotaya Korona” sistemi vasitəsilə həyata keçirilə bilər, komissiyalar isə bankın filiallarında müəyyən edilir.
Bank filiallarında Rusiya Federasiyası ilə pul əməliyyatları aparılmır
Eyni zamanda, Rusiya ilə pul əməliyyatları aparan bir sıra bankların filiallarına müraciət edərkən məlum olub ki, banklar Rusiya Federasiyası ilə əməliyyatlar aparmaqdan imtina edirlər. Belə ki, “Expressbank”ın Elmlər filialından bildirilib ki, martın 9-da bütün bank filialları Rusiyadan pul köçürmələri və qəbulu əməliyyatlarını tamamilə dayandırıb. Lakin, Bankın Baş ofisindən əldə olunan məlumata görə, martın 10-dan etibarən Rusiyaya və Rusiyadan pul köçürmələri əməliyyatları bərpa olunub.
Eyni cavab “Yelo Bank” filiallarından da alınıb. Bankın Elmlər filialının əməkdaşlarının bildirdiyinə görə, bu gündən etibarən “Zolotaya Korona” sistemi ilə Rusiyaya bütün əməliyyatlar dayandırılıb və pul əməliyyatlarının nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.
Azərbaycanın poçt şöbələrində “Zolotaya Korona” sistemi ilə köçürmələrə gəlincə, telefon zənglərinə cavab olaraq Rusiya Federasiyasına pulun göndərilməsi və qəbulunda heç bir problem olmadığı bildirilir. Lakin poçtla şəxsi müraciət etdikdə məlum olub ki, burada da Rusiya ilə pul əməliyyatları dayandırılıb.
İqtisadçı ekspertdən Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmənin iki yolu
Azərbaycana pul köçürmə imkanları hələ ki mövcuddur, bütün Rusiya bankları SWIFT-dən ayrılmayıb.
"Deyirlər ki, martın 15-dən sonra Rusiyadan xarici valyutada köçürmələr mümkün olmayacaq. Yalnız rublla. Azərbaycan bankları da öz növbəsində artıq Rusiya valyutası ilə əməliyyatları məhdudlaşdırır. Beləliklə, bu məsələ Azərbaycan üçün tezliklə son dərəcə kəskin olacaq", - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli  - Sputnik Azərbaycan, 1920, 10.03.2022
İqtisadçı-ekspert Natiq Cəfərli
Onun fikrincə, Rusiyanın "Mir" sistemini qoşmadan bu problemi həll etmək, ən azı iki yolla mümkün olacaq.
Üçüncü ölkələr vasitəsilə köçürmələr etmək yolu ilə. Məsələn, Azərbaycandan fərqli olaraq Aİİ-nin üzvü olan Qazaxıstan vasitəsilə.

"Qazaxıstanla Rusiya arasında daxili pul köçürmələri nizamlanıb, analoji köçürmə sistemi artıq formalaşıb. Yəni daxili köçürmələr çərçivəsində Rusiyadan Qazaxıstana, daha sonra Azərbaycana pul köçürmək mümkündür. Amma bu daha mürəkkəb, daha bahalı pul köçürmə sistemidir”, - deyə ekspert bildirib.

İkinci yolu isə köhnə üsuldur
“Əgər Azərbaycan-Rusiya sərhədi açıq olarsa, Azərbaycana və geri istiqamətə gedən başqa şəxslər vasitəsilə qohumlara pul köçürmək mümkün olacaq”, - deyə ekspert bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
NEFT-QAZ
Cümə axşamının səhəri – neft korrektə olunur, qızıl ucuzlaşır
Xəbər lenti
0