Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çörək bahalaşacaqmı?

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Həmsöhbətimizin fikrincə, qiymət daha çox keyfiyyətdən asılıdır: "Bazarda su var 20 qəpiyədir, su da var 2 manatadır.
BAKI, 9 mart — Sputnik. Çikaqo Ticarət Birjasında buğdanın qiymətində artım olub. Belə ki, buğdanın qiyməti son zamanlar özünün ən yüksək həddinə çataraq 13.63 dollar olub. Beləliklə buğdanın qiymətində aylıq olaraq 30, illik olaraq isə 60 faiz artım olub.
"Nur" çörək zavodundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bazarda tənzimlənən qiymətə əsasən məhsulu alırlar:
"Buğdanın bahalaşması, ucuzlaşması haqda nəsə deyə bilmərik. Bizim bu haqda məlumatımız yoxdur. Biz buğda istehsalçısı deyilik, çörək istehsalçısıyıq. Buğda bahalaşıbsa, hələlik biz bunun təsirini görməmişik".
Zavoddan bildirilib ki, əsas problem keyfiyyətli un və buğda ilə bağlıdır:

"Un, buğda keyfiyyətsiz olduğu üçün məhsul da keyfiyyətsiz alınır. Azərbaycana demək olar ki, 1-ci, 2-ci növ klaster buğda gətirilmir. Demək olar ki, bizə daha çox keyfiyyətsiz buğda gətirilir. Biz isə keyfiyyətli un alıb keyfiyyətli çörək istehsal etməyə çalışırıq".

Həmsöhbətimizin fikrincə, qiymət daha çox keyfiyyətdən asılıdır:
"Bazarda su var 20 qəpiyədir, su da var 2 manatadır. 2 manatlıq suyu əsas götürüb demək olmaz ki, su bahalaşıb. Yaxud da 20 qəpiklik suyu əsas götürərək demək olmaz ki, su ucuzlaşıb. Buğdanın da bazarda keyfiyyətinə görə qiymət fərqi var".
© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidUn anbarı
Склад муки, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Un anbarı
"Səhram" çörək zavodundan isə bildirilib ki, əksinə, hazırda buğdanın qiyməti aşağı düşür: "Öncə 50 kiloluq unun qiyməti 36 manat idisə, indi 34 manat 15 qəpiyə düşüb. Lakin bahalaşma olarsa, buna müvafiq qərar verəcəyik. Hələlik, bu haqda proqnoz vermək çətindir".
Buğda istehsalçısı olan dəyirmanlarla da əlaqə saxladıq. Onlar hələlik hansısa qiymət artımının olmadığını bildiriblər.
Bəs rəqəmlər nə deyir?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin həm yanvar, həm də mart ayına görə unun qiymətinə cədvəllərə əsasən nəzər yetirək:
© Photo : State Service of Antimonopoly Policy and Protection Consumers Right

Un istehsalçılarının yanvar ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

Un istehsalçılarının yanvar ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat - Sputnik Azərbaycan
1/3

2/3

Un istehsalçılarının yanvar ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

© Photo : State Service of Antimonopoly Policy and Protection Consumers Right

Un istehsalçılarının mart ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

Un istehsalçılarının mart ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat - Sputnik Azərbaycan
3/3

Un istehsalçılarının mart ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

1/3

Un istehsalçılarının yanvar ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

2/3

Un istehsalçılarının yanvar ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

3/3

Un istehsalçılarının mart ayı üçün topdansatış məntəqələri, satış qiymətləri və iş saatları barədə məlumat

Qeyd edək ki, iqtisadçılar baş verən hadisələrin fonunda çörəyin bahalaşacağını proqnozlaşdırır. 65 qəpiklik çörəyin qiyməti tezliklə 1 manat olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Пшеничное поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.03.2022
İQTİSADİYYAT
Torpaq var, əkən var, amma xaricdən asılıyıq
Xəbər lenti
0