https://sputnik.az/20220303/torpaq-var-eken-var-ama-xaricden-asiliyiq-439794399.html
Torpaq var, əkən var, amma xaricdən asılıyıq
Torpaq var, əkən var, amma xaricdən asılıyıq
Sputnik Azərbaycan
Sputnik Azərbaycanın bölgə müxbiri yerli taxıl istehsalının qarşısında duran probleri araşdırıb 03.03.2022, Sputnik Azərbaycan
2022-03-03T10:01+0400
2022-03-03T10:01+0400
2022-03-04T19:42+0400
iqtisadiyyat
taxıl
əkin
xaric
problem
idxal
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427106782_0:207:2905:1841_1920x0_80_0_0_48cc512fc3c1b53f8d9cde877d5b4fba.jpg
BAKI, 3 mart - Sputnik. Bölgələrimizdə geniş ərazilərdə taxıl əkilsə də illərdir əhalinin tam təminatı Rusiya, Qazaxıstan və Ukraynadan idxal edilən buğdanın hesabına baş verir. Rəsmi rəqəmlərə görə ölkəmizin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi orta hesabla 60% təşkil edir. Hər bir kəndliyə ayrılan torpaq payı olmağına baxmayaraq taxılçılıqda xaricdən asılılıq mövcuddur. Bu sahədə istehsalın azlığını, qarşısında hansı əngəllər olmasını Sputnik Azərbaycan-ın bölgə müxbiri taxılçılıq bölgələrindən olan Tovuz rayonunda araşdırıb.Burada hər il minlərlə hektar sahədə taxıl əkilir. Əkilən ərzaqlıq buğda hesabına torpaq mülkiyyətçiləri özlərinin və əhalinin una olan tələbatını təmin etməyə sərf olunur. Fermerlərin sözlərinə görə taxıl sahələrinin genişləndirilməsində maraqlı olsalar da qarşılarında müəyyən əngəllər var ki, bu onların istəklərini reallaşdırmağa mane olur. Məsələn, hər il iri əkin sahəsində təxminən 150-170 hektar taxıl əkib-becərən fermer Mərifət Əsgərov yetərincə ərzaqlıq taxılın əkilməmə səbəbini belə izah edir.“50 ar, 80 ar, 1 hektar torpağı olan xırda sahibkarların, kənd camaatının texnikaları yoxdur. Buna görə də onlar əkində səpində əziyyət çəkirlər. Yanacağın qiymətinin qalxması ilə əlaqədar keçən il hektarını 35 manata əkirdilərsə 50-55 manata, bəzən məsafə uzaq olanda 60 manata əkirlər. Bu da istər istəməz taxılın illik xərcinə böyük təsir edir. Kəndlinin 50 ar yeri varsa fikirləşir ki, o xərci çəkdikdən sonra biçində bu gəlirli olmayacaq. Ona görə sahələr boş qalır.Taxıl ehtiyatımız az olur”- deyə fikrini bildirib.Fermer digər bir amilin isə toxumçuluqla bağlı olduğunu deyib:“Bir məsələ də toxumçuluqla bağlıdı. Çox istərdim ki ölkəmizdə rusiya toxumlarından başqa xarici sortlardan da istifadə edilsin. Çünki elə sort var ki, onların məhsuldarlığı eşitdiyimə görə 11 tona yaxındı. Əgər həmin sortdan sahibkarlar təmin olunsa inanıram ki, ölkə öz məhsulunu özü təmin edə bilər”-deyə bildirib.Fermerlər taxılçılıqda suvarma probleminin də yaranan əsas maneələrdən hesab edirlər. Onların sözlərinə görə belə bir çətinlikləri olmasa hər bir torpaq sahibi ərzaqlıq taxıl becərməkdə çox maraqlı olar. Belə olduqda ərzaqlıq taxıl əkənlər özləri ilə bərabər qohum əqrabanın, yaşadıqları kənd və qəsəbənin una olan tələbatlarını da ödəmək gücündədirlər. Fermer Vaqif Məmmədov deyir ki özlərini ərzaqlıq unla təmin etdikdə, çörəyə də xərcləri çıxmır:“Bizim kənddə adam başına 15 ar torpaq payı düşüb. Mənim qohumlarımla birlikdə 3 hektar əkin sahəm var. Onun hamısını bütünlüklə taxıl əkirəm. 12 ton 40 sentnerlə mən taxıl istehsal edirəm. Öz çörəyimizi də, qohumların çörəyini də mən bu sahədən çıxarıram. Bu saat evimdə yuxa, anbarımda taxıl, qarğıdalı hər şey istehsal edib mən yığmışam”-deyə bildirib.Hazırda istifadə edilən taxıl toxumlarının bəzilərindən un almağın mümkün olmadığını düşünən fermerlər də var. Fermer Məmməd Həsənovun fikrincə məhsuldar xarici toxumlar artsa da ərzaqlıq toxumlar azalıb.“Bizim Azərbaycan çörəkçiliyinə uyğun olan sortlar nəyə görəsə azalıb. Çünki yerli sort hektara məhsuldarlığı az verir. Buna baxmayaraq bütün bütün taxıl məhsullarında istifadə etmək olur. Xaricdən gələn sortların məhsuldarlığı çox olsa da, ondan bütün sahələrdə istifadə etmək olmur. Məsələn ev üçün yararlıdı. Amma böyük çörək sexlərində istifadəyə uyğunsuzdu. Mənim fikrimcə yerli taxıl sortlarını yenidən artırmaq, yararlı buğda növlərini inkişaf etdirmək lazımdır. O zaman evdə də, böyük müəssisələrdə də keyfiyyətli çörək əldə etmək olar”, - deyə fikrini bildirib.Görünən odur ki strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən biri olan taxılçılıqda xaricdən asılılığı azaltmaq üçün yerli istehsal artırılmalıdır. Bunun üçün ölkəmizdə olduqca normal mühit və şərait var. Qalır ona mane olan əngəlləri aradan qaldırmaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427106782_87:0:2818:2048_1920x0_80_0_0_268782b43630e942e42617281e33436b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
taxıl, əkin, xaric, problem, idxal
taxıl, əkin, xaric, problem, idxal
Torpaq var, əkən var, amma xaricdən asılıyıq
10:01 03.03.2022 (Yenilənib: 19:42 04.03.2022) Sputnik Azərbaycanın bölgə müxbiri yerli taxıl istehsalının qarşısında duran probleri araşdırıb
BAKI, 3 mart - Sputnik. Bölgələrimizdə geniş ərazilərdə taxıl əkilsə də illərdir əhalinin tam təminatı Rusiya, Qazaxıstan və Ukraynadan idxal edilən buğdanın hesabına baş verir. Rəsmi rəqəmlərə görə ölkəmizin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi orta hesabla 60% təşkil edir. Hər bir kəndliyə ayrılan torpaq payı olmağına baxmayaraq taxılçılıqda xaricdən asılılıq mövcuddur. Bu sahədə istehsalın azlığını, qarşısında hansı əngəllər olmasını Sputnik Azərbaycan-ın bölgə müxbiri taxılçılıq bölgələrindən olan Tovuz rayonunda araşdırıb.
Burada hər il minlərlə hektar sahədə taxıl əkilir. Əkilən ərzaqlıq buğda hesabına torpaq mülkiyyətçiləri özlərinin və əhalinin una olan tələbatını təmin etməyə sərf olunur. Fermerlərin sözlərinə görə taxıl sahələrinin genişləndirilməsində maraqlı olsalar da qarşılarında müəyyən əngəllər var ki, bu onların istəklərini reallaşdırmağa mane olur. Məsələn, hər il iri əkin sahəsində təxminən 150-170 hektar taxıl əkib-becərən fermer Mərifət Əsgərov yetərincə ərzaqlıq taxılın əkilməmə səbəbini belə izah edir.
“50 ar, 80 ar, 1 hektar torpağı olan xırda sahibkarların, kənd camaatının texnikaları yoxdur. Buna görə də onlar əkində səpində əziyyət çəkirlər. Yanacağın qiymətinin qalxması ilə əlaqədar keçən il hektarını 35 manata əkirdilərsə 50-55 manata, bəzən məsafə uzaq olanda 60 manata əkirlər. Bu da istər istəməz taxılın illik xərcinə böyük təsir edir. Kəndlinin 50 ar yeri varsa fikirləşir ki, o xərci çəkdikdən sonra biçində bu gəlirli olmayacaq. Ona görə sahələr boş qalır.Taxıl ehtiyatımız az olur”- deyə fikrini bildirib.
Fermer digər bir amilin isə toxumçuluqla bağlı olduğunu deyib:
“Bir məsələ də toxumçuluqla bağlıdı. Çox istərdim ki ölkəmizdə rusiya toxumlarından başqa xarici sortlardan da istifadə edilsin. Çünki elə sort var ki, onların məhsuldarlığı eşitdiyimə görə 11 tona yaxındı. Əgər həmin sortdan sahibkarlar təmin olunsa inanıram ki, ölkə öz məhsulunu özü təmin edə bilər”-deyə bildirib.
Fermerlər taxılçılıqda suvarma probleminin də yaranan əsas maneələrdən hesab edirlər. Onların sözlərinə görə belə bir çətinlikləri olmasa hər bir torpaq sahibi ərzaqlıq taxıl becərməkdə çox maraqlı olar. Belə olduqda ərzaqlıq taxıl əkənlər özləri ilə bərabər qohum əqrabanın, yaşadıqları kənd və qəsəbənin una olan tələbatlarını da ödəmək gücündədirlər. Fermer Vaqif Məmmədov deyir ki özlərini ərzaqlıq unla təmin etdikdə, çörəyə də xərcləri çıxmır:
“Bizim kənddə adam başına 15 ar torpaq payı düşüb. Mənim qohumlarımla birlikdə 3 hektar əkin sahəm var. Onun hamısını bütünlüklə taxıl əkirəm. 12 ton 40 sentnerlə mən taxıl istehsal edirəm. Öz çörəyimizi də, qohumların çörəyini də mən bu sahədən çıxarıram. Bu saat evimdə yuxa, anbarımda taxıl, qarğıdalı hər şey istehsal edib mən yığmışam”-deyə bildirib.
Hazırda istifadə edilən taxıl toxumlarının bəzilərindən un almağın mümkün olmadığını düşünən fermerlər də var. Fermer Məmməd Həsənovun fikrincə məhsuldar xarici toxumlar artsa da ərzaqlıq toxumlar azalıb.
“Bizim Azərbaycan çörəkçiliyinə uyğun olan sortlar nəyə görəsə azalıb. Çünki yerli sort hektara məhsuldarlığı az verir. Buna baxmayaraq bütün bütün taxıl məhsullarında istifadə etmək olur. Xaricdən gələn sortların məhsuldarlığı çox olsa da, ondan bütün sahələrdə istifadə etmək olmur. Məsələn ev üçün yararlıdı. Amma böyük çörək sexlərində istifadəyə uyğunsuzdu. Mənim fikrimcə yerli taxıl sortlarını yenidən artırmaq, yararlı buğda növlərini inkişaf etdirmək lazımdır. O zaman evdə də, böyük müəssisələrdə də keyfiyyətli çörək əldə etmək olar”, - deyə fikrini bildirib.
Görünən odur ki strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən biri olan taxılçılıqda xaricdən asılılığı azaltmaq üçün yerli istehsal artırılmalıdır. Bunun üçün ölkəmizdə olduqca normal mühit və şərait var. Qalır ona mane olan əngəlləri aradan qaldırmaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.