CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Azərbaycana nə vaxt qədəm qoyacaq

© Sputnik / Murad OrujovBahar qızı, arxiv şəkli
Bahar qızı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
BAKI, 10 mart — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası yaz fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.
BDU-dan Sputnik Azərbaycan-a bildirilib ki, 2022-ci ildə Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 19.33.23-də qədəm qoyacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
© Sputnik / Ilham MustafayevHalvanın hazırlanması
Halvanın hazırlanması - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Halvanın hazırlanması
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayı barədə açıqlama yayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mart ayının 20, 21, 22, 23, 24-nün Novruz bayramı olduğu qeyd olunub.
Bildirilib ki, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir? - Sputnik Azərbaycan, 1920, 08.03.2022
VİDEO
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir?
Xəbər lenti
0