https://sputnik.az/20220308/novruzaqederki-dord-cersenbe-neyi-ehtiva-edir-439787858.html
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir?
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir?
Sputnik Azərbaycan
Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri olan Novruzdan qabaq qeyd edilən dörd ünsürə bağlı çərşənbələr haqqında ətraflı məlumatla Sputnik... 08.03.2022, Sputnik Azərbaycan
2022-03-08T00:00+0400
2022-03-08T00:00+0400
2022-03-08T00:00+0400
çərşənbə
video
novruz
novruz bayramı
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856742_0:0:1920:1080_1920x0_80_0_0_dd9509437cb9f4a61a88d67dfe3bbbe1.jpg
İsmayıllı rayonunun Lahıc qəsəbəndəki tam orta məktəbin 7-ci sinif şagirdi Leyla Ağabalayeva Sputnik Azərbaycan-a Azərbaycanın qədim milli bayramlarından olan Novruz haqqında danışıb. O, Novruza qədər qeyd edilən dörd çərşənbə, onların mahiyyəti haqqında məlumatları bölüşüb:"Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri də Novruz bayramıdır. Novruzdan qabaqkı çərşənbələr Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Bu dörd ünsür - su, od, yel və torpaq insanlara yazın gəlişindən xəbər verir.Su çərşənbəsi ilaxır çərşənbələrinin birincisidir. İnsanlar onu eləcə də "sular Novruzu" və yalançı çərşənbə də adlandırırlar. Bu çərşənbənin adı qədimdə suyun tapılması ilə bağlıdır. Su çərşənbəsində insanlar hələ günəş doğmadan su üzərinə gedər, su mənbələrini abadlaşdırar, su üzərindən tullanar və əl-üzlərini yuyarlar. Onlar beləcə Novruz bayramına təmiz və saf girmələrini düşünürlər.Od çərşənbəsi ilaxır çərşənbələrindən ikincisidir. Ona həm də "xəbərçi çərşənbə" deyirlər. İnsanlar tonqal qalayır və onun üstündən atlanırlar. Beləcə də onlar içlərində olan çirkab əməlləri və pislikləri özlərindən uzaqlaşdıracaqlarına inanırlar. İnsanlar bu çərşənbənin adını qədimdə insanların günəşə və oda olan inancı ilə bağlayırlar.Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Artıq isti küləklərin əsməsi baharın gəlişindən xəbər verir. İnsanlar bu çərşənbəni həm də "küləkli çərşənbə", "külək əsən" çərşənbə də adlandırırlar. Şifahi xalq yaradıcılığında küləyi, yeli həm də Tanrı adlandırırlar.İlaxır çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində insanlar artıq xoş bir əhval-ruhiyyə ilə Novruzun gəlişinə hazırlaşırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir?
Sputnik Azərbaycan
Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri olan Novruzdan qabaq qeyd edilən dörd ünsürə bağlı çərşənbələr haqqında ətraflı məlumatla Sputnik Azərbaycan-ın videosunda tanış ola bilərsiz.
2022-03-08T00:00+0400
true
PT2M38S
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856742_240:0:1680:1080_1920x0_80_0_0_8234b00fbb4653e8bbde1d89000d6fff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çərşənbə, novruz, novruz bayramı, видео
çərşənbə, novruz, novruz bayramı, видео
Novruzaqədərki dörd çərşənbə nəyi ehtiva edir?
Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri olan Novruzdan qabaq qeyd edilən dörd ünsürə bağlı çərşənbələr haqqında ətraflı məlumatla Sputnik Azərbaycan-ın videosunda tanış ola bilərsiz.
İsmayıllı rayonunun Lahıc qəsəbəndəki tam orta məktəbin 7-ci sinif şagirdi Leyla Ağabalayeva Sputnik Azərbaycan-a Azərbaycanın qədim milli bayramlarından olan Novruz haqqında danışıb. O, Novruza qədər qeyd edilən dörd çərşənbə, onların mahiyyəti haqqında məlumatları bölüşüb:
"Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri də Novruz bayramıdır. Novruzdan qabaqkı çərşənbələr Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Bu dörd ünsür - su, od, yel və torpaq insanlara yazın gəlişindən xəbər verir.
Su çərşənbəsi ilaxır çərşənbələrinin birincisidir. İnsanlar onu eləcə də "sular Novruzu" və yalançı çərşənbə də adlandırırlar. Bu çərşənbənin adı qədimdə suyun tapılması ilə bağlıdır. Su çərşənbəsində insanlar hələ günəş doğmadan su üzərinə gedər, su mənbələrini abadlaşdırar, su üzərindən tullanar və əl-üzlərini yuyarlar. Onlar beləcə Novruz bayramına təmiz və saf girmələrini düşünürlər.
Od çərşənbəsi ilaxır çərşənbələrindən ikincisidir. Ona həm də "xəbərçi çərşənbə" deyirlər. İnsanlar tonqal qalayır və onun üstündən atlanırlar. Beləcə də onlar içlərində olan çirkab əməlləri və pislikləri özlərindən uzaqlaşdıracaqlarına inanırlar. İnsanlar bu çərşənbənin adını qədimdə insanların günəşə və oda olan inancı ilə bağlayırlar.
Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Artıq isti küləklərin əsməsi baharın gəlişindən xəbər verir. İnsanlar bu çərşənbəni həm də "küləkli çərşənbə", "külək əsən" çərşənbə də adlandırırlar. Şifahi xalq yaradıcılığında küləyi, yeli həm də Tanrı adlandırırlar.
İlaxır çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində insanlar artıq xoş bir əhval-ruhiyyə ilə Novruzun gəlişinə hazırlaşırlar".