https://sputnik.az/20220308/azerbaycan-ve-ran-xn-rehberleri-neden-danisib-439957215.html
Azərbaycan və İran XİN rəhbərləri nədən danışıb
Azərbaycan və İran XİN rəhbərləri nədən danışıb
Sputnik Azərbaycan
Görüş əsnasında İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.
2022-03-08T17:38+0400
2022-03-08T17:38+0400
2022-03-08T17:38+0400
siyasət
azərbaycan
iran
danışıqlar
xin rəhbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436742772_0:53:1000:616_1920x0_80_0_0_cc9408888dc4ac1b938d9d6ab730aec3.jpg
BAKI, 8 mart - Sputnik. Martın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.Məlumatda deyilir ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər.Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220308/soyqu-turkiyeli-hemkari-ile-ukraynadaki-veziyyeti-muzakire-edib-439957010.html
azərbaycan
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436742772_47:0:879:624_1920x0_80_0_0_5ea36c879a98c417bbfe90ca7af81ac5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan və iran xin rəhbərləri nədən danışıb
azərbaycan və iran xin rəhbərləri nədən danışıb
Azərbaycan və İran XİN rəhbərləri nədən danışıb
Görüş əsnasında İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.
BAKI, 8 mart - Sputnik. Martın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.
Məlumatda deyilir ki, nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.
Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər.
Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.
Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.