https://sputnik.az/20220310/cume-axsaminin-seheri--neft-korrekte-olunur-qizil-ucuzlasir-440005532.html
Cümə axşamının səhəri – neft korrektə olunur, qızıl ucuzlaşır
Cümə axşamının səhəri – neft korrektə olunur, qızıl ucuzlaşır
Sputnik Azərbaycan
Martın 10-da səhər saatlarında neft qiymətləri tədricən dünən axşamkı kəskin enişdən sonra bərpa olunur. 10.03.2022, Sputnik Azərbaycan
2022-03-10T11:21+0400
2022-03-10T11:21+0400
2022-03-10T11:39+0400
qızıl
neft-qaz
gümüş
https://cdnn1.img.sputnik.az/img/42336/92/423369207_0:0:3073:1728_1920x0_80_0_0_6a9ba3bacf03432d2ced02d7b56d6a5d.jpg
BAKI, 10 mart - Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.“Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,87 dollar azalaraq 127,12 dollar olub.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (135,99) qeydə alınmışdı.Digər neft markaları bahalaşırLondonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,35 dollar artaraq 113,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar artaraq 109,92 dollar olub.Misin qiyməti artırMartın 10-u səhər misin qiyməti dünən 3% ucuzlaşmadan sonra yüksəlir. Comex birjasında misin may fyuçersi 0,57% bahalaşaraq funta (0,45 kq) görə $4,619 (0,45 kq) olub. Dünən misin qiymti 2,9%-dən çox ucuzlaşmışdı. Londonun LME metal birjasında çərşənbə günü bir ton misin fyuçers qiyməti düşərək $10 001,5-ə çatmışdı.Qızıl psixoloji maksimumdan sonra ucuzlaşırCümə axşamı səhər qızılın qiyməti Troy unsiyasına görə $2000-dən geri çəkilib. Nyu-Yorkun Comex birjasında aprel fyuçersinin qiyməti $3,2, və ya 0,16% düşərək $1985 olub. Gümüşün may fyuçersi 0,21%, artaraq unsiyaya görə $25,87 olub.Rubl manata nisbətən ucuzlaşırÇərşənbə günü axşam rublun kursu korrektə olunandan sonra, cümə axşamı səhər rublun dollara qarşı kursu yenə artıb. Belə ki, dünən hərracların sonunda 1 dollar 116,26 rubl idi. Martın 10-u səhər 1 dollar 120 rubl olub.Rubl həmçinin Azərbaycan manatına nəzərən də qiymət itirib. Bir rubl 0,0124 manat olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/92/423369207_0:0:2731:2048_1920x0_80_0_0_d9aab4ea4600d64c75450c4c000e0071.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qızıl, gümüş
Cümə axşamının səhəri – neft korrektə olunur, qızıl ucuzlaşır
11:21 10.03.2022 (Yenilənib: 11:39 10.03.2022) Martın 10-da səhər saatlarında neft qiymətləri tədricən dünən axşamkı kəskin enişdən sonra bərpa olunur.
BAKI, 10 mart - Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,87 dollar azalaraq 127,12 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (135,99) qeydə alınmışdı.
Digər neft markaları bahalaşır
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,35 dollar artaraq 113,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar artaraq 109,92 dollar olub.
Martın 10-u səhər misin qiyməti dünən 3% ucuzlaşmadan sonra yüksəlir. Comex birjasında misin may fyuçersi 0,57% bahalaşaraq funta (0,45 kq) görə $4,619 (0,45 kq) olub.
Dünən misin qiymti 2,9%-dən çox ucuzlaşmışdı. Londonun LME metal birjasında çərşənbə günü bir ton misin fyuçers qiyməti düşərək $10 001,5-ə çatmışdı.
Qızıl psixoloji maksimumdan sonra ucuzlaşır
Cümə axşamı səhər qızılın qiyməti Troy unsiyasına görə $2000-dən geri çəkilib. Nyu-Yorkun Comex birjasında aprel fyuçersinin qiyməti $3,2, və ya 0,16% düşərək $1985 olub. Gümüşün may fyuçersi 0,21%, artaraq unsiyaya görə $25,87 olub.
Rubl manata nisbətən ucuzlaşır
Çərşənbə günü axşam rublun kursu korrektə olunandan sonra, cümə axşamı səhər rublun dollara qarşı kursu yenə artıb. Belə ki, dünən hərracların sonunda 1 dollar 116,26 rubl idi. Martın 10-u səhər 1 dollar 120 rubl olub.
Rubl həmçinin Azərbaycan manatına nəzərən də qiymət itirib. Bir rubl 0,0124 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.