DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ucuz iPhone çıxacaq - bəs fərqi nədədir?

© Depositphotos.com / HalfpointiPhone
iPhone - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Apple Macintosh, iPhone, Mackbook, iPad və iPod kimi məhsulların bu brend şirkətin məhsullarıdır. Bu şirkət ABŞ-ın Kaliforniya ştatında yerləşir.
BAKI, 9 mart - Sputnik. Yaz virtual təqdimatında Apple az büdcəli iPhone SE-nin yeni versiyasını təqdim edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bloomberg-dəki köşə yazısında analitik Mark Qurman məlumat verib.
Onun sözlərinə görə, yeni model 5G-ni dəstəkləyəcək:

"SE modeli iPhone 8-in dizaynında hazırlanacaq".

Cihaz yeni prosessorla, çox güman ki, iPhone 13-dən A15-lə təchiz olunacaq.
Apple 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan bir texnologiya markasıdır. Apple Macintosh, iPhone, Mackbook, iPad və iPod kimi məhsulların bu brend şirkətin məhsullarıdır. Bu şirkət ABŞ-ın Kaliforniya ştatında yerləşir.
Apple-li birinci dəfə Stiv Voznyak özü icad edib və onu Hombrew kompüter klubunda ictimaiyyətə nümayiş etdirib. Bu kompüter ana lövhəsi kimi satılırdı, RAM, prosessor və video çiplərdən ibarət idi. Apple birinci dəfə 1976-cı ilin iyununda satışa buraxılıb və onun o vaxtki qiyməti $666.66 idi.
ABŞ-ın texnologiya markası olan Apple, 2020-ci ildə açıqladığı maliyyə hesabatı ilə The Wall Street-ə böyük təsir göstərə bilib. Bu təsiri ilə o, ən yüksək səviyyədə fəaliyyət göstərməyə başlayıb. Bu zəncir effekti ilə 2020-ci ildə “Saudi Aramco”nu geridə qoyaraq dünyanın ən qiymətli şirkəti olmağı bacarıb.
2020-ci ildə Apple 2 trilyon dollar səviyyəsinə yaxınlaşaraq dünyanın ən dəyərli şirkəti adını qazanmışdı.
Telefon - Sputnik Azərbaycan, 1920, 29.12.2021
DÜNYA XƏBƏRLƏRİ
"iPhone"-larda SIM-kart ləğv olunur
Xəbər lenti
0