DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"iPhone"-larda SIM-kart ləğv olunur

© AP Photo / Riccardo De LucaTelefon
Telefon - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
"Apple" ABŞ-ın mobil rabitə operatorlarına yalnız virtual SIM-kartla dəstəklənən smartfonların buraxılışına hazır olmağı tövsiyə edib.
BAKI, 29 dekabr — Sputnik. "Apple" şirkəti fiziki SIM-kartı olmayan smartfonların istehsalına hazırlaşır. Bu barədə RİA Novosti "9to5mac" portalına istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, "Apple" ABŞ-ın mobil rabitə operatorları ilə danışıqlar apararaq onlara yalnız virtual SIM-kartla (eSIM) dəstəklənən smartfonların buraxılışına hazır olmağı tövsiyə edib. Sayt bunun artıq 2022-ci ilin sentyabrında baş tutacağını da bildirib. Söhbət həmin vaxt satışa çıxarılması nəzərdə tutulan "iPhone 14"-lərdən gedir.
Bununla belə, "Apple"-ın standart 5G "mmWave"-ları kimi simsiz "iPhone"-ları da yalnız Amerika bazarı üçün istehsal etməsi də mümkündür.
"iPhone"-un son bir neçə nəsli nanoSIM-lərlə yanaşı, eSIM-lərdən də istifadə edə biləcək. Çin bazarı üçün nəzərdə tutulmuş "iPhone"-nun bəzi variantları isə iki fiziki nanoSIM-i dəstəkləyə bilər.
Xəbər lenti
0