Pekin-2022: Azərbaycan paralimpiyaçısı yarışa qoşula bilməyib

© Photo : Courtesy of Mehman RamazanzadeMehman Ramazanzadə
Mehman Ramazanzadə  - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb.
BAKI, 9 mart — Sputnik. Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib. Milli Paralimpiya Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna paralimpiyaçının zədələnməsi səbəb olub.
Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib.
Onun son durumunun yaxşı olduğu bildirilib. Qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.
Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb.
Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.
Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Церемонии открытия Зимних Паралимпийских игр 2022 в Пекине - Sputnik Azərbaycan, 1920, 04.03.2022
İDMAN
Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarının açılışında iştirak edir - video
Xəbər lenti
0