Su əldə etməyə sərf olunan ömür və ya uzunqulaqların ümidinə qalmış kənd
560 nəfərlik kəndin əhalisinin məişəti və bütün təsərrüfatı dərədə yerləşən yeganə su mənbəyi və uzunqulaqların ümidinədir.

Burada olan evlərin demək olar ki, hamısında bir və daha çox uzunqulaq var. Kənd əhalisinin su ilə təminatında əsas vəzifə bu uzunqulaqların üzərinə düşür.

Onlar hər gün bir neçə dəfə su başına gəlib, xeyli yol qət edərək evlərə su daşıyır. Gündəlik su tələbatını təmin etmək üçün bu hər gün bir neçə dəfə təkrarlanır.

Uzaqdan gələnlər su ehtiyaclarını ödəmək üçün iki uzunqulaqla yola düşürlər.

Çəkilən boru xəttindən isə sakinlər növbədə dayanan zaman uzunqulaqlarını bağlamaq üçün istifadə edirlər.

Hacıalılarda evi su ilə təmin etmək bir qayda olaraq qadın işi hesab olunur.

Suyu daha tez doldurub getmək üçün qadınlar çox vaxt övladlarını da kömək üçün gətirir.

Gətirilən su hamamda istifadə edilmək üçün bidonlardan çənlərə boşaldılır.

Sakinlər bütün fəsilləri burada su növbəsinin çatmasını gözləyirlər.

Qış fəsli quraqlıq keçdiyindən su mənbəyindən süzülüb axır, bulağın ətrafı buz bağlayır.

Su problemi üzündən 110 ailə yaşayan kənddə 40-dan artıq subay oğlanın olduğu deyilir.

Su problemi gənclərin ailə qurmasına da mane olur. Çünki ətraf kəndlərdən susuzluq üzündən Hacıalılar kəndinə qız vermək istəmirlər. Kəndin qızları isə daha çox kənddən kənara ərə getməyə üstünlük verirlər.

Hardasa, 5 il əvvəl kəndin su probleminin aradan qaldırılması üçün cəhd edilib. Lakin, sakinlərin sevinci cəmi bir neçə gün sürüb.

Belə ki, su nasosu üçün tikili və 15, 25 tonluq çənlər qoyulub. Məqsəd bu çənlərdən kəndin mərkəzinə su ötürüb əhalini təmin etmək olub.

Ancaq 10 gün sonra sakinlərə rəy gəlib ki, suyun mənbəyi azaldığına görə həmin nasos fəaliyyət göstərə bilmir.

Bir müddət sonra da nasosun elektrik təchizatı dayandırılıb. Çəkilən boru xəttindən isə sakinlər növbədə dayanan zaman uzunqulaqlarını bağlamaq üçün istifadə edirlər.

Yeganə bulaqda heyvanların da su içməsi səbəbindən ətrafda antisanitar vəziyyət hökm sürür.

Sakinlər bildirir ki, dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də hər dəfə məsələnin üzərində iş getdiyini, onların bir müddət də gözləməli olduqlarını deyirlər.

Gözləməyə səbri çatmayan 16 ailə isə artıq su problemi üzündən Hacıalılar kəndini tərk edib.