https://sputnik.az/20220309/azerbaycanda-turkovac-vaksininin-3-cu-faza-kliniki-sinaqlarina-baslanilir-439978323.html
Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır
Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır
Sputnik Azərbaycan
Azərbaycanda kliniki sınağı keçiriləcək "TURKOVAC" vaksini "SinoVac" vaksini ilə demək olar, eyni tərkibdədir. O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T14:49+0400
2022-03-09T14:49+0400
2022-03-09T14:49+0400
turkovac
səhiyyə
vaksin
sınaq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509944_0:0:3011:1694_1920x0_80_0_0_706ce18c26b0dcf9433b48fad0c0e64b.jpg
BAKI, 9 mart — Sputnik. Azərbaycana 1200 doza "TURKOVAC" vaksini gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib. O bildirib ki, hazırda həmin vaksinlər ölkədədir.Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov Türkiyə istehsalı "TURKOVAC" vaksininin kimlərə vurulacağı məsələsinə aydınlıq gətirilib. O, klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib.Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: "Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək".Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, Azərbaycanda kliniki sınağı keçiriləcək "TURKOVAC" vaksini "SinoVac" vaksini ilə demək olar, eyni tərkibdədir. O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: "Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər".Qeyd edək ki, Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220308/ran-koronavirusa-qarsi-daha-bir-peyvendini-teqdim-edib-439956043.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509944_0:0:2731:2048_1920x0_80_0_0_fee51129257a7b5a2a232e791ba2b861.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turkovac, vaksin, sınaq, azərbaycan
turkovac, vaksin, sınaq, azərbaycan
Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır
Azərbaycanda kliniki sınağı keçiriləcək "TURKOVAC" vaksini "SinoVac" vaksini ilə demək olar, eyni tərkibdədir. O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib.
BAKI, 9 mart — Sputnik. Azərbaycana 1200 doza "TURKOVAC" vaksini gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib. O bildirib ki, hazırda həmin vaksinlər ölkədədir.
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov Türkiyə istehsalı "TURKOVAC" vaksininin kimlərə vurulacağı məsələsinə aydınlıq gətirilib. O, klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib.
Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: "Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, Azərbaycanda kliniki sınağı keçiriləcək "TURKOVAC" vaksini "SinoVac" vaksini ilə demək olar, eyni tərkibdədir. O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: "Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər".
Qeyd edək ki, Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.