https://sputnik.az/20220308/ran-koronavirusa-qarsi-daha-bir-peyvendini-teqdim-edib-439956043.html
İran koronavirusa qarşı daha bir peyvəndini təqdim edib
İran koronavirusa qarşı daha bir peyvəndini təqdim edib
Sputnik Azərbaycan
Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.
2022-03-08T16:25+0400
2022-03-08T16:25+0400
2022-03-08T16:25+0400
səhiyyə
vaksin
koronavirus
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/03/08/439955993_0:0:3228:1816_1920x0_80_0_0_2dbe0ade6954cd42d6653b8b9e2607d5.jpg
BAKI, 8 mart - Sputnik. İran İslam Respublikasında koronavirusa qarşı ölkənin öz istehsalı olan daha bir peyvəndin təcili hallarda istifadəsinə icazə verilib. Bu barədə Sputnik Azərbaycan İRNA agentliyinə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İranın Səhiyyə nazirinin müavini, Qida və Dərman Administrasiyasının rəhbəri Bəhram Darai bildirib."Qida və Dərman İdarəsi "Nura" peyvəndinin Covid-19 üçün gücləndirici doza kimi istifadəsinə icazə verdi", - deyə o bildirib.Beləliklə, “Nura” təcili istifadəyə icazəsi olan və bu ölkənin öz istehsalı olan altıncı peyvəndi oldu.Qeyd olunur ki, "Nura" peyvəndi Bəgiatullah Xəstəxanası Araşdırma Mərkəzi və İmam Hüseyn Universitetinin alimləri tərəfindən hazırlanıb.Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.AMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib.O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220223/azerbaycan-astrazeneca-vaksininden-niye-imtina-edib--439490019.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/08/439955993_309:0:3038:2047_1920x0_80_0_0_69984cf26b888cef65c4eeeba60a7a99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran koronavirusa qarşı daha bir peyvəndini təqdim edib
iran koronavirusa qarşı daha bir peyvəndini təqdim edib
İran koronavirusa qarşı daha bir peyvəndini təqdim edib
Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.
BAKI, 8 mart - Sputnik. İran İslam Respublikasında koronavirusa qarşı ölkənin öz istehsalı olan daha bir peyvəndin təcili hallarda istifadəsinə icazə verilib. Bu barədə Sputnik Azərbaycan İRNA agentliyinə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İranın Səhiyyə nazirinin müavini, Qida və Dərman Administrasiyasının rəhbəri Bəhram Darai bildirib.
"Qida və Dərman İdarəsi "Nura" peyvəndinin Covid-19 üçün gücləndirici doza kimi istifadəsinə icazə verdi", - deyə o bildirib.
Beləliklə, “Nura” təcili istifadəyə icazəsi olan və bu ölkənin öz istehsalı olan altıncı peyvəndi oldu.
Qeyd olunur ki, "Nura" peyvəndi Bəgiatullah Xəstəxanası Araşdırma Mərkəzi və İmam Hüseyn Universitetinin alimləri tərəfindən hazırlanıb.
Xatırladaq ki, bir müddət əvvəl AMEA-nın müxbir üzvünün hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınıb.
AMEA-nın vitse-prezidenti, bölmənin Elmi Şurasının sədri, akademik İradə Hüseynova artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib.
O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.