Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionatı davam edir: Qadın güləşçilərimiz yarımfinala yüksəlib

© Sputnik / Sputnik / Mediabanka keçidGüləş
Güləş - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Nəzərova finala gedən yolda Szeker Szimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
BAKI, 9 mart — Sputnik. Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.
Sputnik Azərbaycan xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.
55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.
Nəzərova finala gedən yolda Szeker Szimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0