Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

© Sputnik / Igor Zarembo / Mediabanka keçidСамолет компании "Уральские авиалинии" совершает взлет в аэропорту Храброво в Калининграде
Самолет компании Уральские авиалинии совершает взлет в аэропорту Храброво в Калининграде - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Aviaşirkət mart ayında Azərbaycanla yanaşı, Ermənistana, İsrailə, BƏƏ-yə nəzərdə tutulan uçuşlarını ləğv edib.
BAKI, 5 mart - Sputnik. "Ural Hava Yolları" aviaşirkəti Azərbaycana martın 5-dən 26-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.
Bu barədə məlumatı aviaşirkət yayıb. Bildirilir ki, qərar mövcud geosiyasi vəziyyətə görə verilib. Aviaşirkət mart ayında Azərbaycanla yanaşı, Ermənistana, İsrailə, BƏƏ-yə nəzərdə tutulan uçuşlarını ləğv edib.
Qeyd edək ki, Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.
“Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, - şirkətin açıqlamasında bildirilir.
Daha əvvəl bildirilirdi ki, “Aeroflot” Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.
Qeyd edək ki, Avropa ölkələrinin ardından Kanada da Rusiya hava yolu şirkətlərinə öz hava məkanını bağlayıb. Bu barədə Kanadanın Nəqliyyat naziri Omar Alqabra “Twitter” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, Kanada bu qərarla öz siyasətini oxşar qərarlar qəbul edən Avropa ölkələri ilə uyğunlaşdırır.
Ondan əvvəl isə İspaniya və İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağladığını açıqlayıb.
Niderland və Fransa da öz hava məkanını bağladığını elan edib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Xəbər lenti
0