Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Sabahdan AZAL və “Buta Airways” Rusiyaya reysləri dayandırır

© AFP 2024 / OZAN KOSEПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.
BAKI, 5 mart — Sputnik. Sabahdan Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

"Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir.
Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır. Yuxarıda qeyd olunanlarla əlaqədar “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər", - deyə açıqlamada vurğulanıb.
***
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") xarici reyestrdə təyyarələri olan aviaşirkətlərə 6 mart saat 00.00-dan xaricə uçuşları, 8 mart saat 00.00-dan isə xaricdən uçuşları dayandırmağı tövsiyə edir.
"Ural Hava Yolları" və Aeroflot da uçuşları dayandırıb
"Ural Hava Yolları" aviaşirkəti Azərbaycana martın 5-dən 26-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.
Bu barədə məlumatı aviaşirkət yayıb. Bildirilir ki, qərar mövcud geosiyasi vəziyyətə görə verilib. Aviaşirkət mart ayında Azərbaycanla yanaşı, Ermənistana, İsrailə, BƏƏ-yə nəzərdə tutulan uçuşlarını ləğv edib.
Qeyd edək ki, Rusiyanın "Aeroflot" hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.
"Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, "Aeroflot" 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır", - şirkətin açıqlamasında bildirilir.
Daha əvvəl bildirilirdi ki, "Aeroflot" Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.
Qeyd edək ki, Avropa ölkələrinin ardından Kanada da Rusiya hava yolu şirkətlərinə öz hava məkanını bağlayıb. Bu barədə Kanadanın Nəqliyyat naziri Omar Alqabra "Twitter" hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, Kanada bu qərarla öz siyasətini oxşar qərarlar qəbul edən Avropa ölkələri ilə uyğunlaşdırır.
Ondan əvvəl isə İspaniya və İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağladığını açıqlayıb.
Niderland və Fransa da öz hava məkanını bağladığını elan edib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı
Xəbər lenti
0