https://sputnik.az/20220305/putin-donbasdaki-xususi-emeliyyat-qerbin-sanksiyalari-ve-herbi-veziyyet-elani-barede-439902289.html
Putin Donbasdakı xüsusi əməliyyat, Qərbin sanksiyaları və hərbi vəziyyət elanı barədə
Putin Donbasdakı xüsusi əməliyyat, Qərbin sanksiyaları və hərbi vəziyyət elanı barədə
Sputnik Azərbaycan
Rusiya lideri hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib. 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T17:53+0400
2022-03-05T17:53+0400
2022-03-05T18:22+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439425686_0:0:2768:1557_1920x0_80_0_0_d79083808d393cb0ef18ea36a6f93ce8.jpg
BAKI, 5 mart - Sputnik. Ukraynadakı hərbi əməliyyatlar qrafik üzrə davam edir.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar günü öncəsi qadın pilotlarla görüşdə bildirib.“Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zamanı Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib”, - Rusiya lideri vurğulayıb.O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.Rusiya Prezidenti Ukraynada hərbi əməliyyatları özü üçün çətin qərar adlandırıb.O, Ukraynanın Donbass bölgəsini blokadaya aldığını bildirib.“Rusiya Ukraynadakı münaqişəni dinc yolla həll etmək istəyirdi. Donbasa rusca sərbəst danışmaq və öz qaydaları ilə yaşamağa icazə verilməli idi”, - vurğulayıb.Putin hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.Rusiya lideri Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantlarının olduğunu açıqlayıb. Putin həmin variantların Kiyevlə danışıqlar masasında olduğunu bildirib.“Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantları var. Onlar Kiyevlə danışıqlar masasındadır. Müsbət reaksiyaya ümid edirik”, - Rusiya Prezidenti vurğulayıb.Rusiya Prezidenti Qərbin Ukrayna ilə bağlı mövqeyini absurd teatrı adlandırıb.“Qaraya ağ, ağa qara deyirlər”, - Putin vurğulayıb.O, Qərbin elan etdiyi sanksiyaları müharibə ilə eyniləşdirib.“Rusiyaya qarşı elan olunmuş sanksiyalar müharibə elanı ilə eynidir. Amma hələ ki buna gəlib çatmayıb”, - Putin deyib.O, üçüncü tərəfi Ukraynada qeyri-uçuş zonası yaratmaqdan çəkinməyə çağırıb: “Rusiya Ukraynada qeyri-uçuş zonasının yaradılması barədə qərar verən istənilən ölkəni münaqişə tərəfi hesab edəcək”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya MN Ukraynadakı vəziyyətlə bağlı məlumat yaydıLavrov: Rusiya şərtlərini dəqiq şəkildə açıqlayıbPeskov: Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439425686_144:0:2768:1968_1920x0_80_0_0_32a56f44a28edaf396b51f7b26246c20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, vladimir putin, ukrayna
rusiya, vladimir putin, ukrayna
Putin Donbasdakı xüsusi əməliyyat, Qərbin sanksiyaları və hərbi vəziyyət elanı barədə
17:53 05.03.2022 (Yenilənib: 18:22 05.03.2022) Rusiya lideri hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.
BAKI, 5 mart - Sputnik. Ukraynadakı hərbi əməliyyatlar qrafik üzrə davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar günü öncəsi qadın pilotlarla görüşdə bildirib.
“Ukraynanın hərbi infrastrukturunun məhv edilməsi başa çatmaq üzrədir. Ukraynada xüsusi əməliyyat zamanı Hava Hücumundan Müdafiə Sistemləri tam məhv edilib”, - Rusiya lideri vurğulayıb.
O, əməliyyatın Baş Qərargahın təsdiq etdiyi plan üzrə getdiyini və Ukraynada olan Rusiya hərbi qüvvələrinin gücü ilə əməliyyatı başa çatdıracaqlarını deyib.
Putin ölkədə hərbi vəziyyət elan olunmayacağını da əlavə edib.
Rusiya Prezidenti Ukraynada hərbi əməliyyatları özü üçün çətin qərar adlandırıb.
O, Ukraynanın Donbass bölgəsini blokadaya aldığını bildirib.
“Rusiya Ukraynadakı münaqişəni dinc yolla həll etmək istəyirdi. Donbasa rusca sərbəst danışmaq və öz qaydaları ilə yaşamağa icazə verilməli idi”, - vurğulayıb.
Putin hazırkı hakimiyyətin Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyduğunu qeyd edib.
Rusiya lideri Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantlarının olduğunu açıqlayıb. Putin həmin variantların Kiyevlə danışıqlar masasında olduğunu bildirib.
“Ukraynanın silahsızlaşdırılmasının çoxlu fərqli variantları var. Onlar Kiyevlə danışıqlar masasındadır. Müsbət reaksiyaya ümid edirik”, - Rusiya Prezidenti vurğulayıb.
Rusiya Prezidenti Qərbin Ukrayna ilə bağlı mövqeyini absurd teatrı adlandırıb.
“Qaraya ağ, ağa qara deyirlər”, - Putin vurğulayıb.
O, Qərbin elan etdiyi sanksiyaları müharibə ilə eyniləşdirib.
“Rusiyaya qarşı elan olunmuş sanksiyalar müharibə elanı ilə eynidir. Amma hələ ki buna gəlib çatmayıb”, - Putin deyib.
O, üçüncü tərəfi Ukraynada qeyri-uçuş zonası yaratmaqdan çəkinməyə çağırıb: “Rusiya Ukraynada qeyri-uçuş zonasının yaradılması barədə qərar verən istənilən ölkəni münaqişə tərəfi hesab edəcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Peskov:
Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik