https://sputnik.az/20220305/rusiya-mn-ukraynadaki-veziyyetle-bagli-melumat-yaydi-439900952.html
Rusiya MN Ukraynadakı vəziyyətlə bağlı məlumat yaydı
Rusiya MN Ukraynadakı vəziyyətlə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
Qeyd olunub ki, elan edilmiş 200 min Mariupol və 15 000 Volnovaxa qaçqınından heç kim açıq humanitar dəhlizlərə gəlməyib. 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T17:12+0400
2022-03-05T17:12+0400
2022-03-05T17:33+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya prezidenti vladimir putin
ukrayna
mariupol
https://cdnn1.img.sputnik.az/img/07e6/03/05/439883364_0:120:3072:1848_1920x0_80_0_0_c95f4c045364d9dcf198ea4eacf33f51.jpg
BAKI, 5 mart — Sputnik. Millətçilər Mariupol və Volnovaxadan mülki əhali və əcnəbiləri buraxmırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat yayıb.Qeyd olunub ki, elan edilmiş 200 min Mariupol və 15 000 Volnovaxa qaçqınından heç kim açıq humanitar dəhlizlərə gəlməyib: "Qərb, neonasistlərin və Banderanın nəzarətində olan Ukrayna ərazilərində insanların son dərəcə acınacaqlı vəziyyətini görməzdən gəlir. Rusiya Federasiyası Ukraynada humanitar vəziyyətin sabitləşməsi üçün bütün tədbirləri görür, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və bundan sonra da eyni qaydada davam edəcək. Ukraynada humanitar vəziyyət sürətli şəkildə pisləşir və fəlakətli miqyasda ölçülər alır. Mariupolda yaşayış binası partladılıb, dağıntılar altında qocalar və uşaqlar da daxil olmaqla 200-ə qədər insan qalıb. Ukrayna, Xarkov və Sumıda humanitar dəhlizlərin açılması təkliflərini rədd edir. Ukrayna milli batalyonları 5000-ə yaxın əcnəbini canlı qalxan kimi ölkədə saxlayır.Xatırladaq ki, Rusiya Mariupol və Volnovaxadan dinc əhalinin çıxması üçün sükut rejimi elan edib. Bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır", - deyə nazirlikdən bildirib.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/05/439883364_192:0:2923:2048_1920x0_80_0_0_c530f78984751e81a0477f8c435b8933.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya prezidenti vladimir putin, ukrayna, mariupol
rusiya, rusiya prezidenti vladimir putin, ukrayna, mariupol
Rusiya MN Ukraynadakı vəziyyətlə bağlı məlumat yaydı
17:12 05.03.2022 (Yenilənib: 17:33 05.03.2022) Qeyd olunub ki, elan edilmiş 200 min Mariupol və 15 000 Volnovaxa qaçqınından heç kim açıq humanitar dəhlizlərə gəlməyib.
BAKI, 5 mart — Sputnik. Millətçilər Mariupol və Volnovaxadan mülki əhali və əcnəbiləri buraxmırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat yayıb.
Qeyd olunub ki, elan edilmiş 200 min Mariupol və 15 000 Volnovaxa qaçqınından heç kim açıq humanitar dəhlizlərə gəlməyib: "Qərb, neonasistlərin və Banderanın nəzarətində olan Ukrayna ərazilərində insanların son dərəcə acınacaqlı vəziyyətini görməzdən gəlir. Rusiya Federasiyası Ukraynada humanitar vəziyyətin sabitləşməsi üçün bütün tədbirləri görür, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və bundan sonra da eyni qaydada davam edəcək.
Ukraynada humanitar vəziyyət sürətli şəkildə pisləşir və fəlakətli miqyasda ölçülər alır. Mariupolda yaşayış binası partladılıb, dağıntılar altında qocalar və uşaqlar da daxil olmaqla 200-ə qədər insan qalıb. Ukrayna, Xarkov və Sumıda humanitar dəhlizlərin açılması təkliflərini rədd edir. Ukrayna milli batalyonları 5000-ə yaxın əcnəbini canlı qalxan kimi ölkədə saxlayır.
Xatırladaq ki, Rusiya Mariupol və Volnovaxadan dinc əhalinin çıxması üçün sükut rejimi elan edib. Bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır", - deyə nazirlikdən bildirib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.