https://sputnik.az/20220305/peskov-qerbin-rusiyaya-qarsi-movqeyinin-deyiseceyine-umid-edirik-439897854.html
Peskov: Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik
Peskov: Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik
Sputnik Azərbaycan
Peskov deyib ki, xarici şirkətlər tədricən Rusiya bazarına qayıdacaq və fürsətlərin yenidən dəyərləndirilməsində maraqlı olacaqlar. 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T16:14+0400
2022-03-05T16:14+0400
2022-03-05T16:17+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
ukrayna
nato
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823468_0:0:2640:1486_1920x0_80_0_0_fe9c7c3b2247d9214f6703f8f97daf7a.jpg
BAKI, 5 mart — Sputnik. Rusiya NATO ölkələrinin Ukrayna ətrafında baş verənlərdə birbaşa iştirakının mümkünsüzlüyünün fərqində olduğu halını müşahidə edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat köməkçisi Dmitri Peskov deyib.O bildirib ki, Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlara görə cinayət cəzası haqqında qanun qəbul edilib və o icra edilməlidir:"ABŞ-ın Rusiya neftinin istifadəsini məhdudlaşdırmaq planları qlobal enerji bazarlarını çalxalaya və kifayət qədər ciddi məsələlərin yaranmasına səbəb ola bilər. Rusiya ABŞ-la müəyyən dialoq kanallarını saxlayır. Mövcud vəziyyət sürətli iqtisadi artım dövrü ilə əvəz olunacaq. Digər ölkələrin iqtisadi özbaşınalığı Rusiyadan müvafiq tədbirlərin görülməsini tələb edir. Xarici şirkətlər tədricən Rusiya bazarına qayıdacaq və fürsətlərin yenidən dəyərləndirilməsində maraqlı olacaqlar".Peskov deyib ki, rəsmi Kreml Qərbin Rusiyaya qarşı mövqeyini dəyişəcəyinə ümid edir: "Ümid edirik ki, gec-tez bizim mövqeyimizi o ölkələr qəbul edəcəklər. Onlar indi həddindən artıq emosional mövqe tuturlar və bu qədər aşkar şeyləri anlamaqdan imtina edirlər."Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823468_0:0:2640:1980_1920x0_80_0_0_2a27b3a531b45e55a3d07a70fb620e0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna, nato
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna, nato
Peskov: Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik
16:14 05.03.2022 (Yenilənib: 16:17 05.03.2022) Peskov deyib ki, xarici şirkətlər tədricən Rusiya bazarına qayıdacaq və fürsətlərin yenidən dəyərləndirilməsində maraqlı olacaqlar.
BAKI, 5 mart — Sputnik. Rusiya NATO ölkələrinin Ukrayna ətrafında baş verənlərdə birbaşa iştirakının mümkünsüzlüyünün fərqində olduğu halını müşahidə edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat köməkçisi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlara görə cinayət cəzası haqqında qanun qəbul edilib və o icra edilməlidir:
"ABŞ-ın Rusiya neftinin istifadəsini məhdudlaşdırmaq planları qlobal enerji bazarlarını çalxalaya və kifayət qədər ciddi məsələlərin yaranmasına səbəb ola bilər. Rusiya ABŞ-la müəyyən dialoq kanallarını saxlayır. Mövcud vəziyyət sürətli iqtisadi artım dövrü ilə əvəz olunacaq. Digər ölkələrin iqtisadi özbaşınalığı Rusiyadan müvafiq tədbirlərin görülməsini tələb edir. Xarici şirkətlər tədricən Rusiya bazarına qayıdacaq və fürsətlərin yenidən dəyərləndirilməsində maraqlı olacaqlar".
Peskov deyib ki, rəsmi Kreml Qərbin Rusiyaya qarşı mövqeyini dəyişəcəyinə ümid edir: "Ümid edirik ki, gec-tez bizim mövqeyimizi o ölkələr qəbul edəcəklər. Onlar indi həddindən artıq emosional mövqe tuturlar və bu qədər aşkar şeyləri anlamaqdan imtina edirlər."
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.