https://sputnik.az/20220305/azerbaycanda-qida-mehsullari-izlenilecek-439844389.html
Azərbaycanda qida məhsulları izləniləcək
Azərbaycanda qida məhsulları izləniləcək
Sputnik Azərbaycan
Qida subyektləri bazara yerləşdirdikləri qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini... 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T07:34+0400
2022-03-05T07:34+0400
2022-03-05T07:34+0400
azərbaycan
cəmiyyət
qida
məhsul
izləmə
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425912023_0:0:1001:563_1920x0_80_0_0_31f70ccb7f30802b48b02799651b8517.jpg
BAKI, 5 mart — Sputnik. Azərbaycanda məhsullar izləniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Qida təhlükəsizliyi haqqında" yeni hazırlanan qanun layihəsində öz əksini tapıb.Həmin qanunun 27-ci maddəsi "Məhsulların izlənilməsi" adlanır.Sənədə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır.Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.Qida subyektləri müvafiq qurumun tələbi əsasında həmin sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməlidirlər.Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.Məhsulların izlənilməsi qaydası müvafiq qurum tərəfindən müəyyən ediləcək.Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsi Azərbaycanda ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, qida təhlükəsizliyi problemi bu gün dünyada öz aktuallığını saxlayır və bəşəriyyət üçün bir problem olaraq qalır.Prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci ildə imzalanmış Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən bu sahədə müvafiq tədbirlər həyata keçirilir.Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişi imzalanıb. Görülən tədbirlərin davamı olaraq bu sahəni tənzimləyən qanun layihəsi hazırlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/erzaq-ehtiyatlari-dovlet-ve-seferberlik-ehtiyatlarinin-terkib-hissesi-olacaq-439854789.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425912023_0:0:891:668_1920x0_80_0_0_d3f753a740e259484ae4345282cf01d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, qida, məhsul, izləmə
azərbaycan, qida, məhsul, izləmə
Azərbaycanda qida məhsulları izləniləcək
Qida subyektləri bazara yerləşdirdikləri qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidir.
BAKI, 5 mart — Sputnik. Azərbaycanda məhsullar izləniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Qida təhlükəsizliyi haqqında" yeni hazırlanan qanun layihəsində öz əksini tapıb.
Həmin qanunun 27-ci maddəsi "Məhsulların izlənilməsi" adlanır.
Sənədə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır.
Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.
Qida subyektləri müvafiq qurumun tələbi əsasında həmin sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməlidirlər.
Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.
Məhsulların izlənilməsi qaydası müvafiq qurum tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsi Azərbaycanda ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, qida təhlükəsizliyi problemi bu gün dünyada öz aktuallığını saxlayır və bəşəriyyət üçün bir problem olaraq qalır.
Prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci ildə imzalanmış Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən bu sahədə müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişi imzalanıb. Görülən tədbirlərin davamı olaraq bu sahəni tənzimləyən qanun layihəsi hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.