https://sputnik.az/20220304/erzaq-ehtiyatlari-dovlet-ve-seferberlik-ehtiyatlarinin-terkib-hissesi-olacaq-439854789.html
Ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
Ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
Sputnik Azərbaycan
"Yeyinti məhsulları haqqında" qanuna dəyişiklik edilir. Həmin qanunun mövcud 19-cu maddəsi "Dövlət ərzaq ehtiyatları" adlanır
2022-03-04T16:33+0400
2022-03-04T16:33+0400
2022-03-04T16:34+0400
ərzaq
cəmiyyət
ehtiyat
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 4 mart — Sputnik. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yeyinti məhsulları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir.Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Dəyişiklik Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı dəqiqləşdirmə xarakterlidir.Qeyd edək ki, "Yeyinti məhsulları haqqında" qanunun mövcud 19-cu maddəsi "Dövlət ərzaq ehtiyatları" adlanır.Həmin maddəyə əsasən dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaradılır.Dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:Dövlət ərzaq ehtiyatlarının, bir qayda olaraq, başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Müstəsna hallarda dövlət ərzaq ehtiyatlarının başqa məqsədlər üçün istifadəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanları ilə istehsalçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur.Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşması, saxlanması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Xatırladaq ki, fevral ayında ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.Ərzaq təhlükəsizliyinə xüsusi töhfəFərmanı şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir:"Prezidentin göstərişlərinə uyğun olaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı bir mənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək".Strateji malların siyahısı təsdiq ediləcək"Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır", - deyə o qeyd edib.Dünyada ərzaq qıtlığı gözlənilirDeputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır:"Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".Ölkədə ərzaq təhlükəsizliyi, ərzaq təminatı prioritetdir"Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq ilə təminatda dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir", - deyə millət vəkili əlavə edib."Dövlət ehtiyatları haqqında" qanun hazırlanacaqQeyd edək ki, sənədə əsasən, Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən 2 milyon 516 min 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə, bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməlidir.Qurumun strukturu müəyyən edilibPrezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib. Agentliyin strukturu belə olacaq: Dövlət Ehtiyatları Agentliyinin Aparatı, Dövlət Ehtiyatları Agentliyinin idarə, filial, nümayəndəlikləri.Agentliyin NizamnaməsiAgentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.Agentliyin fəaliyyət istiqamətləriMüvafiq sahədə dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində iştirak etmək;Dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını, mühafizəsini təmin etmək;Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;Dövlət, səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək;Monitorinqlər aparılmasını təşkil etmək, proqnozlaşdırmada iştirak etmək.Agentliyin fəaliyyətinə nəzarətin forması, əhatə dairəsiAgentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti, Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim edilir.İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən, onun 2 müavinindən ibarətdir.Agentlik dövlət sirri olan məlumatlar barədə sərəncam verəcəkPrezident İlham Əliyev "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 3 iyun 2005-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının siyahısına Dövlət Ehtiyatları Agentliyi də əlavə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/azerbaycanda-qida-tehlukesizliyi-sahesinde-telebler-mueyyenlesir-439842123.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
Ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
16:33 04.03.2022 (Yenilənib: 16:34 04.03.2022) Həmin maddəyə əsasən dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaradılır.
BAKI, 4 mart — Sputnik. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yeyinti məhsulları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Dəyişiklik Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı dəqiqləşdirmə xarakterlidir.
Qeyd edək ki, "Yeyinti məhsulları haqqında" qanunun mövcud 19-cu maddəsi "Dövlət ərzaq ehtiyatları" adlanır.
Həmin maddəyə əsasən dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaradılır.
Dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
xüsusi dövrlərdə Azərbaycan dövlətinin yeyinti məhsullarına olan ehtiyacını ödəmək;
daxili ərzaq bazarında tələb və təklif arasında uyğunsuzluq yarandıqda iqtisadiyyatın sabitliyini təmin etmək məqsədi ilə yeyinti sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;
ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək;
ərzaq böhranı, təbii fəlakət və fövqəladə hadisələr zamanı əhalini yeyinti məhsulları ilə təmin etmək.
Dövlət ərzaq ehtiyatlarının, bir qayda olaraq, başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Müstəsna hallarda dövlət ərzaq ehtiyatlarının başqa məqsədlər üçün istifadəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.
Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanları ilə istehsalçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur.
Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşması, saxlanması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xatırladaq ki, fevral ayında ölkə başçısı Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Agentliyin nizamnaməsi, strukturu təsdiqlənib. Fərmana görə, Nazirlər Kabineti "Dövlət ehtiyatları haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiqləməlidir.
Ərzaq təhlükəsizliyinə xüsusi töhfə
Fərmanı şərh edən deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müasir çağırışlara uyğun olaraq ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması, xüsusən də dövlət ehtiyatının artırılması ilə bağlı sistemli fəaliyyət həyata keçirir:
"Prezidentin göstərişlərinə uyğun olaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının artırılması, dövlət ehtiyatları üçün vəsaitlərin cəlb edilməsi və ərzaq təminatının formalaşması əsas prioritetlərdən biridir. Bu baxımdan Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı bir mənalı şəkildə ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi töhfə verəcək".
Strateji malların siyahısı təsdiq ediləcək
"Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. Bu isə ondan xəbər verir ki, istehlak bazarında dəyişikliklər, qlobal bazardakı çağırışlar və buna uyğun olaraq ehtiyatların formalaşması əsas hədəflərdən biri olaraq qalmaqdadır", - deyə o qeyd edib.
Dünyada ərzaq qıtlığı gözlənilir
Deputat bildirib ki, qlobal bazarda növbəti illərdə hətta ərzaq qıtlığının olacağı proqnozlaşdırılır:
"Qlobal bazarda ərzağa tələb artır. Amma buna rəğmən biz təklifin azalmasını müşahidə edirik. Azərbaycanda ehtiyatların formalaşması həm də qlobal bazardakı dəyişikliklərin ölkədə istehlak bazarına, ərzaq təhlükəsizliyinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".
Ölkədə ərzaq təhlükəsizliyi, ərzaq təminatı prioritetdir
"Bu fərman bir daha təsdiq edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi və ərzaq təminatı prioritetdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət həm də ölkədə ərzaq ilə təminatda dayanıqlığın formalaşmasına, ehtiyatların həcminin artırılmasına xidmət edir", - deyə millət vəkili əlavə edib.
"Dövlət ehtiyatları haqqında" qanun hazırlanacaq
Qeyd edək ki, sənədə əsasən, Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən 2 milyon 516 min 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə, bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməlidir.
Qurumun strukturu müəyyən edilib
Prezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib. Agentliyin strukturu belə olacaq: Dövlət Ehtiyatları Agentliyinin Aparatı, Dövlət Ehtiyatları Agentliyinin idarə, filial, nümayəndəlikləri.
Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Beləliklə, Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
Agentliyin fəaliyyət istiqamətləri
Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində iştirak etmək;
Dövlət, səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını, mühafizəsini təmin etmək;
Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;
Dövlət, səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək;
Monitorinqlər aparılmasını təşkil etmək, proqnozlaşdırmada iştirak etmək.
Agentliyin fəaliyyətinə nəzarətin forması, əhatə dairəsi
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti, Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim edilir.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən, onun 2 müavinindən ibarətdir.
Agentlik dövlət sirri olan məlumatlar barədə sərəncam verəcək
Prezident İlham Əliyev "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 3 iyun 2005-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanlarının siyahısına Dövlət Ehtiyatları Agentliyi də əlavə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.