CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA-nın maddi-texniki bazası gücləndirilib, yeni avadanlıqlar alınıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA
ANAMA - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 600, tank əleyhinə 4 865 mina və 14 045 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 5 mart — Sputnik. Builki Tədbirlər Planına uyğun olaraq 40 min hektar ərazi minalardan təmizlənəcək. Sputnik Azərbaycan xəbər vəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib. Onun sözlərinə görə, bunun yarısı ANAMA-nın öhdəliyidir.
O qeyd edib ki, minatəmizləmə heyətinin sayı iki dəfə artırılacaq. Maddi texniki baza gücləndirilib, yeni texnika və avadanlıqlar alınıb.
Xatırladaq ki, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda mina sahəsi
Ağdamda mina sahəsi - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Ağdamda mina sahəsi
Nəticədə 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 600, tank əleyhinə 4 865 mina və 14 045 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 7 560 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Minaaxtaran - Sputnik Azərbaycan, 1920, 28.02.2022
CƏMİYYƏT
Minaaxtaranların əməkhaqlarının artırılması təklif edilir
Xəbər lenti
0