https://sputnik.az/20220228/minaaxtaranlarin-emekhaqlarinin-artirilmasi-teklif-edilir-439679833.html
Minaaxtaranların əməkhaqlarının artırılması təklif edilir
Minaaxtaranların əməkhaqlarının artırılması təklif edilir
Sputnik Azərbaycan
Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T23:44+0400
2022-02-28T23:44+0400
2022-02-28T23:44+0400
anama
cəmiyyət
mina
mina axtarışı
ombudsman
ombudsman səbinə əliyeva
ombudsman aparatı
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425713104_0:197:3068:1923_1920x0_80_0_0_a6999b23d81a4925f0e44f3136c46c7e.jpg
BAKI, 28 fevral — Sputnik. Ombudsman minaaxtaran vəzifəsində çalışanların əməkhaqlarının artırılmasını təklif edir.Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.Təklif olunub ki, "Minaaxtaran" vəzifəsində çalışan əməkdaşların işinin həssaslığını, təhlükəliliyini, çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində "minaaxtaran" vəzifəsində çalışan əməkdaşların əməkhaqları artırılsın.Məruzədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na "Minaaxtaran" vəzifəsinin əlavə edilməsi təklif olunur.Eyni zamanda Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na "Minaaxtaran" vəzifəsinin əlavə edilməsi təklif olunub.Qeyd edək ki, ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a bildiriblər ki, Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub.2022-ci il fevralın 1-də ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb.Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçirilib.Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425713104_337:0:3068:2048_1920x0_80_0_0_ddd53f8f01107fdec695b3818979dcd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ombudsman minaaxtaranların maaşını artırmağı təklif etdi
ombudsman minaaxtaranların maaşını artırmağı təklif etdi
Minaaxtaranların əməkhaqlarının artırılması təklif edilir
Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub.
BAKI, 28 fevral — Sputnik. Ombudsman minaaxtaran vəzifəsində çalışanların əməkhaqlarının artırılmasını təklif edir.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Təklif olunub ki, "Minaaxtaran" vəzifəsində çalışan əməkdaşların işinin həssaslığını, təhlükəliliyini, çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində "minaaxtaran" vəzifəsində çalışan əməkdaşların əməkhaqları artırılsın.
Məruzədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na "Minaaxtaran" vəzifəsinin əlavə edilməsi təklif olunur.
Eyni zamanda Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na "Minaaxtaran" vəzifəsinin əlavə edilməsi təklif olunub.
Qeyd edək ki, ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a bildiriblər ki, Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunub.
2022-ci il fevralın 1-də ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak edib və akkreditasiyadan keçirilib.
Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər beynəlxalq minatəmizləmə standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.