Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yüz minlərlə nərə körpəsi Kür çayı mənsəbinə buraxılıb - ETSN

© Photo : AZƏRTACLeyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində
Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Xidmət rəisi bildirib ki, Azərbaycanda nərə balığı ovuna icazə yoxdur, Xəzər dənizində nərə balıqlarının artırılmasına dəstək göstərilir.
BAKI, 4 mart — Sputnik. Qarabağda bioloji müxtəlifliyin bərpası üçün işlərə başlanılıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
O diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə mina təhlükəsi var:
"Bu da kompleks işlərin həyata keçirilməsinə mane olur. Amma Bəsitçay qoruğunda işlərə başlanıb. Ərazidə Prezidentin Sərəncamına əsasən inventarlaşdırma işləri aparılıb. Gələcəkdə orada mövcud olan digər yasaqlıqların və qoruqların bərpası üçün işlərə başlanılacaq".
© Photo : REPORTBioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
Xidmət rəisi bildirib ki, Azərbaycanda nərə balığı ovuna icazə yoxdur.
O bildirib ki, Xəzər dənizində nərə balıqlarının artırılmasına dəstək göstərilir:
"2021-ci il ərzində 550 mindən artıq nərə körpəsi Kür çayı mənsəbinə buraxılıb. Məqsədimiz nərə cinsi növlərinin təbii mühitdə sayının artırılmasıdır. Nərə balığı ovlayanlar brokenyer kimi cəzalandırılır".
© REUTERS / Toby MelvilleLondonun Riçmond parkında maral
Олень трубит ранним утром во время гона в Ричмонд-парке, Лондон - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Londonun Riçmond parkında maral
F.Əliyev onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bu gün heyvan növlərinin reintroduksiya edilməsi gündəmdə deyil. Onun sözlərinə görə, bu, ərazilərin təhlükəsizliyinin tam təmin edilməməsi ilə əlaqədardır:

“İşğaldan azad edilmiş ərazilərə hər hansı heyvan növünün gətirilməsi aktual deyil. Amma məhz həmin ərazilərdə vaxtilə hansı növ heyvanların mövcud olması, hansı növlərin aparılması yalnız ora ediləcək ekspediyalardan sonra bilinəcək”.

Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vaxtilə marallar, ceyranlar yaşayıb:
“İndi yoxdur, nəsli çoxdan kəsilib. Ceyranlara orda yaşamağa yer qalmayıb. Son hadisələrdə də heyvanların öz nəslini bərpa etməsi mümkün deyildi. Amma həmin ərazilər minalardan təmizlənəndən sonra ceyranların populyasiyasının Zəngilan, Cəbrayıl, Ağdamda bərpası barədə düşünmək olar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nərə balıqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
CƏMİYYƏT
Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb
Xəbər lenti
0