https://sputnik.az/20220125/xezer-denizinde-neheng-nere-baliqlarina-rast-gelinmemesinin-sebebleri-aciqlanib-438476936.html
Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb
Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb
Sputnik Azərbaycan
İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. 25.01.2022, Sputnik Azərbaycan
2022-01-25T17:49+0400
2022-01-25T17:49+0400
2022-01-25T17:49+0400
balıq
cəmiyyət
xəzər dənizi
nərə balığı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438476899_0:0:2592:1458_1920x0_80_0_0_f0741c70f39b1ad4bb89a103f73ab4a3.jpg
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb.Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir.Onun sözlərinə görə, bunun səbəbi nərə balıqlarının buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır:"Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər. Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar, yox dərəcəsindədir. Son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinməyib".Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/19/438476899_206:0:2510:1728_1920x0_80_0_0_b46348f5a008600adc79b6ce52d7e181.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzərdəki nərə balıqları hara yoxa çıxıb
xəzərdəki nərə balıqları hara yoxa çıxıb
Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb
İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb.
Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir.
Onun sözlərinə görə, bunun səbəbi nərə balıqlarının buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır:
"Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər. Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar, yox dərəcəsindədir. Son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinməyib".
Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.