Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qulpu qırıq çemodan, İrəvandakı ajiotaj və tarixi şans

© SputnikYerevan şəhərinə mənzərə, arxiv şəkli
Yerevan şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Nikol Paşinyan administrasiyası üçün nəhayət, erməni xalqını xilas edə biləcək tarixi fürsət yaranıb.
Ermənistan qulpu qırıq çemodandır, dünənə qədər sahibləri onu dartıb apara bilmirdilər, ancaq ortada da qoyub getmirdilər. Ermənistanda isə bəzi siyasətçilər sığındıqlarının öz kölgələri olduqlarını zənn edirdilər... Ancaq zaman ötdükcə hamı bu yükdən imtina edir, Fransa, İran, Rusiyada revanşistləri dəstəkləyən bəzi qüvvələrin də artıq əl-qolu soyuyub. İrəvan meydanda tək qalır, manipulyasiya meydanı daralır və beləcə yeni reallıqları həzm etməyə başlayır.
Ancaq aqressiv və revanşist kəsim müəyyən qədər hələ də var. Deputatlarımızın İrəvana son səfərində "onların başını kəsməyə hazır" olanlar küçələrə axışmışdı...
Azərbaycan və Türkiyəni rəsmən strateji müttəfiqə çevirən Şuşa bəyannaməsinin ardınca Azərbaycan və Rusiya arasında bağlanmış müttəfiqlik sənədi Ermənistanda əməlli-başlı həyəcan yaradıb.
Bəyannamə bütün digər mühüm məqamları ilə yanaşı münaqişəyə son qoyan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyini ifadə edir. Sənəd Azərbaycanın regionda yaratdığı yeni - postmünaqişə reallıqlarının möhkəmlənməsi kontekstində də əhəmiyyətlidir. Görünür, buna görədir ki, İrəvanda ictimai-siyasi qüvvələr qan ağlayır.
"Respublikaçılar" partiyasının sədr müavini Armen Aşotyan öz facebook sosial şəbəkəsində yazıb: "Rusiya-Azərbaycan bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal aradan qaldırılması üçün yeni beynəlxalq həyəcan təbili çalır. Rusiya ilə yeni keyfiyyət, məzmun və dürüstlük üzərində qurulacaq hərtərəfli əlaqələr Ermənistan və Artsaxın (qondarma respublikanı nəzərdə tutur – red.) gələcəyi üçün həyati zərurətdir ki, gələcək hakimiyyət buna dərhal başlamalıdır".
İctimai-siyasi xadim Karapet Poqosyan isə erməni ictimaiyyətinə təklif edir ki, "Əgər vətənpərvərsinizsə, gəlin kapitulyant hansı restoranlarda yemək yeyir o restoranları boykot edək. Bu prosesə Putinin azərbaycanyönlü başqa bir növbəti sənədi imzaladığı və ya Əliyev ilə müzakirə etdiyi andan başlamaq olar".
Politoloq Arqişti Kiviryan da sosial şəbəkədə narahatlığını ifadə edən çoxsaylı ictimia-siyasi fəallardan biridir. "İki azərbaycanlı deputatın İrəvanda yemək yediyini gündəmə gətirməkdə məqsəd erməni cəmiyyətinin diqqətini həmin gün Moskvada Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında imzalanmış bəyannamə və bu bəyannamədə öz əksini tapan məqamlardan yayındırmaqdır. Çünki iki azərbaycanlının Ermənistanda yemək yeməsi bizim üçün hər hansı taleyüklü məsələ deyil, lakin Moskvada imzalanan sənəd ermənilər üçün həlledici rola malik ola bilər".
***
Müttəfiqlik haqqında sənədin üstündən çox keçməmiş Paşinyan Azərbaycan sülh müqaviləsi anonsunu verir. Tələsmir. İctimai fikri buna tam olaraq hazırlamaq lazımdır. Aylardır dövriyyədədir bu məlumat – ancaq ilk dəfə bu formada baş nazirin dilindən səslənir.
***
Zamanını gözləyə bilən üçün hər şey vaxtında baş verir. (Tolstoy)
***
Köçəryan və Sərkisyanların indi vətən sevdalısı kimi hoppanıb-düşməsinin heç bir perspektivi yoxdur, Paşinyan olmasa da onlar olmayacaq. Jurnalist dostumuz Rövşən Ramazanlı Azərbaycan radiosunun bir zamanlar "Xəbərlər" proqramının baş redaktoru olmuş Heydər Zeynaloğlunun bir fikrini hərdən təkrar edir: "Bəziləri elə bilirlər ki, onları tanıyanların hamısı qəbiristanlıqdadır".
İndi xalq yaxşı bilir ki, Köçəryan və onun varisi Serjik kimdir, xalqı hara sürükləyib.
Paşinyan administrasiyası üçün nəhayət, erməni xalqını xilas edə biləcək tarixi fürsət yaranıb. O, revanşist kütlənin səsindən qorxmayıb, sülhə can atsa, əslində ölkəsinin, xalqının gələcəyini xilas edə bilər.
Xəbər lenti
0