CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzildaxili yoxlamaları "Azəriqaz" apara bilər - İcmal

© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası qarşısında lövhə, arxiv şəkli
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Azərbaycanın İranla uçuşları bərpa etməsi, Zəngilan rayonunun qazlaşdırılması, Rusiyaya alma və pomidorun dəmiryolu ilə daşınmasına icazə verilməsi Sputnik Azərbaycan-ın materialında.
BAKI, 20 fevral — Sputnik. Yola saldığımız həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadislərin qısa icmalını təqdim edirik.
Azərbaycan İranla uçuşları bərpa edir
Azərbaycanın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək. Biletlərin dəyəri 29 avrodan başlayır.
Rusiyaya alma və pomidorun dəmiryolu ilə daşınmasına icazə verilib
Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.
Alma və pomidor məhsullarının 2023-cü il yanvarın 1-nə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb. Bundan öncə 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdi.
Azərbaycan nefti 101 dollara yaxınlaşıb
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,13 dollar artaraq 100,76 dollar olub. Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 10-da 100 dollardan baha (100,23) satılıb.
Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti fevralın 15-də (99,70) qeydə alınmışdı.
Azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edən Rusiya şirkətlərinin sayı məlum olub
Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb. Bu barədə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrləri Şahin Mustafayev ilə Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.
Mənzildaxili yoxlamalar yenidən "Azəriqaz"a həvalə oluna bilər
"Qaz təchizatı haqqında" qanuna dəyişiklik bu yaxında Milli Məclisdə ikinci oxunuşa təqdim olunacaq. Bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər çərçivəsində mənzildaxili qaz infrastrukturuna texniki baxış və yoxlamaların keçirilməsinin yenidən "Azəriqaz"a verilməsi təklif olunur. 2016-cı ildən bu funksiyalar İB-nin səlahiyyətində deyil. Dəyişikliklər qəbul edilsə, mənzildaxili baxışları "Azəriqaz" aparacaq. Bu işlər ödənişsiz aparılacaq.
Zəngilana magistral qaz kəmərinin tikintisi layihəsi hazırlanır
Zəngilan istiqamətində magistral qaz kəmərinin layihələndirilməsi işləri aparılır. Bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov jurnalistlərə bildirib. O bildirib ki, sözügedən qaz kəmərinin layihələndirmə prosesi hələ başa çatmayıb. Növbəti mərhələdə isə Zəngilan rayonunun qazlaşdırılması məsələsi duracaq.
Xəbər lenti
0