Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Pekin 2022-də çıxış edəcək paralimpiyaçımız kimdir?

© Photo : Courtesy of Mehman RamazanzadeMehman Ramazanzadə
Mehman Ramazanzadə - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Azərbaycanlı paralimpiyaçı Pekində keçiriləcək Qış Paralimpiya Oyunları başlamazdan əvvəl keçirtdiyi hisslərdən danışıb.
BAKI, 4 mart — Sputnik. Pekində başlayacaq Qış Paralimpiya Oyunlarında Azərbaycan ilk dəfə təmsil olunacaq. Qış Oyunlarında ilk və yeganə azərbaycanlı paralimpiyaçı, məlum olduğu kimi, kross-kantri yarışlarında iştirak edəcək idmançı Mehman Ramazanzadə olub.
Üstəlik, Ramazanzadə həm Yay, həm də Qış Paralimpiya Oyunlarında çıxış edəcək ilk və indiyədək yeganə Azərbaycan paralimpiya idmançısı olacaq.
Xatıqladaq ki, Ramazanzadə 2000-ci ildə Sidneydə, 2008-ci ildə Pekində keçirilən Yay Paralimpiya Oyunlarında iştirak etsə də, bu yarışlarda medal qazana bilməyib. 51 yaşı tamam olan Qış Paralimpiya Oyunlarının debütantı Sputnik Azərbaycan-a müsahibəsində özündən, qarşıdan gələn Oyunlardan və ümumiyyətlə, həyatından danışıb.
Kətil və əldədüzəldilmə xizək dirəkləri
- ilk növbədə özünüz haqqında danışın.
- Paralimpiyaya 1996-cı ildə pauerliftinqlə məşğul olanda daxil oldum. Bu idman növü ilə 2008-ci ilə qədər məşğul oldum. Avropanın qalibi və çempionu oldum, iki dəfə Sidney və Pekində keçirilən Yay Paralimpiya Oyunlarında çıxış etdim. Çiynimdən zədə alandan sonra yüngül atletika ilə məşğul olmağa başladım, kürə atma və disk atma növləri üzrə Dünya çempionatının qalibiyəm, bir neçə dəfə Qran-pri qazanmışam.
2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında iştirak edə bilərdim, ancaq həmin il çiynimdəki vətər "yırtıldı" və bu, buna görə də fasilə verməli oldum. Yeri gəlmişkən, bu müddət ərzində bir az atıcılıqla, sonra isə velosiped idman növü ilə məşğul olmağa başladım. Dünya çempionatında iştirak etdim, ancaq Tokio Paralimpiya Oyunlarına gedə bilmədim, çünki lisenziya xalları qazanmalı olduğum bir çox yarışlar koronavirus pandemiyası səbəbindən ləğv edildi.
- Qış idman növləri ilə necə məşğul olmağa başladınız?
- Sadəcə olaraq 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarını gözləməməyə qərar verdim. Mən həmçinin 2016-cı ildə Pxençxanda keçiriləcək Qış Paralimpiya-2018 Oyunlarına vəsiqə qazanmağı düşünsəm də, sonra cəsarət etmədim. Bu dəfə isə cəhd etmək qərarına gəldim və alındı.
Əvvəlcə internetdə paralimpiyaçıların xizəklə qaçış idman növü ilə necə məşğul olduqlarını izləyirdim. Biz buna oturaq vəziyyətdə xizək sürmə deyirik. Keçən ilin aprelində özümə diyircəkli xizək düzəltdim. Bu, dörd təkərli bir növ kətil idi, eləcə də əldədüzəldilmə xizək dirəklərini düzəltdikdən sonra asfaltda, torpaq yolda məşq etdim. Ötən ilin noyabr ayında Milli Paralimpiya Komitəsi məni Başqırdıstan yığmasına göndərdi və orada ilk dəfə qar üzərində məşq etdim.
Oradan da Finlandiyadakı Avropa Kubokuna yollandıq - bu mənim üçün bu idman növü üzrə ilk yarışlarım idi. Yeri gəlmişkən, Finlandiyada məşqlərin olmaması səbəbindən döngədə yıxıldım və çiynimi zədələdim, ancaq yenə də finişə çatdım. Bu ilin yanvarında Dünya Çempionatında iştirak etdim, yanvarın 15-də isə Qış Paralimpiya Oyunlarında çıxış etmək üçün dəvət aldım.
© Photo : Courtesy of Mehman RamazanzadeMehman Ramazanzadə
Паралимпиец Мехман Рамазанзаде - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Mehman Ramazanzadə
General olmaq arzusunda olmayan əsgər pis əsgərdir
- Qış Paralimpiya Oyunlarında iştirak edəcək ilk azərbaycanlı olacağını biləndə hansı hissləri keçirtdiniz?
- Təbii ki, çox sevindim, Azərbaycanı ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil edəcəyimə və açılış mərasimində bayraqdar olacağıma görə fəxr etdim.
- Həyacan hissi keçirirsinizmi?
- Təbii ki, bir az həyəcan var, çünki Oyunların açılış mərasimində Azərbaycan bayrağını daşıyacağam, bütün dünya mənə baxacaq. Ancaq yarışlardan əvvəl narahat olacağımı söyləyə bilmərəm, çünki mənim artıq böyük beynəlxalq yarışlarda çıxış etmək üçün təcrübəm kifayət qədərdir. Bəli, mən cəmi iki dəfə kross-kantri yarışlarında iştirak etmişəm, ancaq yenə də.
Yeri gəlmişkən, bu ilin yanvarında keçirilən Dünya Çempionatında qış idman növlərinin o qədər də populyar olmadığı Braziliyadan olan idmançıları gördüm. Gürcülər 2018-ci ildən Qış Paralimpiya Oyunlarında çıxış edirlər. Belə ki, heç vaxt olmamaqdansa gec olması daha yaxşıdır. Bilirsiniz, idmanda olduğum müddətdə pauerflinqlə məşğul olarkən bir neçə dəfə zədə almışam, yüngül atletika, eləcə də kross-kantri yarışlarında travma ilə əziyyət çəkmişəm. Ancaq mübarizəmi davam etdirirəm.
- Bu vəziyyətdə idmanla məşğul olmağınız üçün sizi həvəsləndirən şey nədir?
- Bildiyiniz kimi, general olmaq arzusunda olmayan əsgər pis əsgərdir. Yəni hər bir paralimpiyaçı Paralimpiya çempionu olmaq arzusundadır. Gücüm olduğu müddətdə Paralimpiya zirvəsinə qalxmaq üçün bütün variantlardan istifadə etməyə çalışıram.
Fürsətdən istifadə edərək Milli Paralimpiya Komitəsinə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. İstərdim ki, Azərbaycanda paralimpiyaçılar arasında qış idman növləri inkişaf etsin. Missal üçün, bizim də xizəkçimiz var, ancaq o, Pekində keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazana bilməyib. Ümid edirəm ki, xizəklə qaçış idmanı növü də inkişaf edəcək. Yeri gəlmişkən, Başqırdıstanda keçirilən yığmalarda Qarabağ müharibəsi veteranları da mənimlə birlikdə iştirak edirdilər və onlar bu idman növünü çox bəyənirlər.
Hazırda Qış Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış ilk və yeganə azərbaycanlı idmançıyam. Yeri gəlmişkən, bildiyimə görə, Olimpiya və Paralimpiya Oyunlarında iştirak hüququ qazanmış idmançılara maliyyə dəstəyi göstərilir. Ancaq təəssüf ki, hələ ki, belə bir dəstək almamışam.
Moskva bazarlarında da ticarət edib
1996-cı ildən Paralimpiyada olduğunuzu bildirdiniz, bəs buna qədər nə işlə məşğul olmusunuz?
1996-cı ilə qədər idmanla məşğul olmaq həvəsi ilə yaşayırdım. Yeri gəlmişkən, 1991-ci ildə Moskvada armrestlinq üzrə beynəlxalq turnirdə iştirak edə bildim. Yadımdadır ki, "Sovetskiy sport" qəzetində Moskvada armrestlinq üzrə turnirin keçiriləcəyini oxudum, elə bu qəzetlə İdman Komitəsinə üz tutdum. (indi Gənclər və İdman Nazirliyi - Red.).
Məni orada sınamaq və qol gücü ilə yarımağım üçün bir neçə oğlan dəvət etdilər. Onların hamısına qalib gəldim və nəticədə məni Moskvaya göndərdilər. Turnirin bir görüşündə qalib gəldim, iki dəfə isə məğlub oldum. Hərçənd ki, orada yaşdan məndən böyük olan kifayət qədər təcrübəli idmançılar iştirak edirdilər.
Bundan sonra müxtəlif idman növləri ilə məşğul olmağa çalışdım, ancaq o zaman Azərbaycanda paralimpiya inkişaf etməmişdi. Ancaq 1995-ci ilin sonlarında Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri özləri məni tapıb dəstəklərini təklif etdilər, elə bundan da sonra pauerliftinqlə məşğul olmağa başladım.
Doqquz yaşımda əlil olmağıma baxmayaraq, tam hüquqlu həyat tərzi keçirirəm. Məsələn, protezdə olarkən uşaqlarla döyüşüb, futbol oynayırdım. Futbol oyununda qapıçı kimi iştirak edirdim və yeri gəlmişkən, bir top belə buraxmırdım. Protezlərdə olduğum müddətdə Moskva bazarlarında ticarətlə məşğul olmuşam. Çoxları məni idman salonlarında görürdülər, çünki 30 ildir idmanla məşğul oluram və çoxlarını idmanla məşğul olmağa və ruhdan düşməməyə həvəsləndirdiyim üçün çox şadam.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Şamaxıda ASAN Həyat kompleksinin açılışında  - Sputnik Azərbaycan, 1920, 06.09.2021
CƏMİYYƏT
Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif edib
Xəbər lenti
0