https://sputnik.az/20220304/neftci-klubu-ve-onun-futbolcusu-cerimelenib-439862774.html
"Neftçi" klubu və onun futbolçusu cərimələnib
"Neftçi" klubu və onun futbolçusu cərimələnib
Sputnik Azərbaycan
Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb.
2022-03-04T17:51+0400
2022-03-04T17:51+0400
2022-03-04T17:51+0400
neftçi
idman
cəza
futbol
oyunçu
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424547286_0:213:2048:1365_1920x0_80_0_0_8157521759a30a58b70c75f5bfbc6894.jpg
BAKI, 4 mart — Sputnik. AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub.Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb. Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.Qeyd edək ki, AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb. 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb.O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb. Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211001/premyer-liqa-oyunlarnn-hakim-tyinatlar-aqlanb-433716841.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424547286_228:0:2048:1365_1920x0_80_0_0_a112ef9932203e6ae8a3d6dfd3d173f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçi, cəza, futbol, oyunçu
neftçi, cəza, futbol, oyunçu
"Neftçi" klubu və onun futbolçusu cərimələnib
Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb.
BAKI, 4 mart — Sputnik. AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.
Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub.
Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.
Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb. Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb. 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb.
O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.
Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb. Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.