CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar yenə toplanır

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Gündəlikdə olan məsələlər arasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi də var.
BAKI, 4 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.
2. "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
3. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
4. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi (üçüncü oxunuş).
5. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
6. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).
7. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi (birinci oxunuş).
8. "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
9. "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
10. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
11. "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Xatırladaq ki, Milli Məclisin son plenar iclası fevralın 25-də olub. iclasda Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2022
NEFT-QAZ
Milli Məclis qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələri təsdiqlədi
Xəbər lenti
0