https://sputnik.az/20220225/milli-meclis-qaz-istismari-ve-techizati-ile-bagli-yeni-cerimeleri-tesdiqledi-439596437.html
Milli Məclis qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələri təsdiqlədi
Milli Məclis qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələri təsdiqlədi
Sputnik Azərbaycan
Dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini... 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T17:56+0400
2022-02-25T17:56+0400
2022-02-25T18:22+0400
qaz
neft-qaz
qaz təchizatı
təbii qaz təchizatı
təbii qaz ehtiyatları
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_0:222:3072:1950_1920x0_80_0_0_750210e21701eb35b545b9f79abd524c.jpg
BAKI, 25 fevral — Sputnik. "Qaz təchizatı haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.Sputnik Azərbaycan xəbər verir ki, qanun layihələri Milli Məclisin fevralın 25-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub. Məcəllənin 542-ci maddəsinin yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.Qüvvədə olan Məcəlləyə əsasən, qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.Dəyişiklik 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_341:0:3072:2048_1920x0_80_0_0_0b1c3ac474bf078ff2e633d8cf3e80a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
2500 manatdan 3000 manatadək qaz cəriməsi gəlir
2500 manatdan 3000 manatadək qaz cəriməsi gəlir
Milli Məclis qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələri təsdiqlədi
17:56 25.02.2022 (Yenilənib: 18:22 25.02.2022) Dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.
BAKI, 25 fevral — Sputnik. "Qaz təchizatı haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, qanun layihələri Milli Məclisin fevralın 25-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur.
Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub. Məcəllənin 542-ci maddəsinin yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Qüvvədə olan Məcəlləyə əsasən, qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.