https://sputnik.az/20220302/xn-den-ukraynada-olan-vetendaslarimiza-cagiris-439783766.html
XİN-dən Ukraynada olan vətəndaşlarımıza çağırış
XİN-dən Ukraynada olan vətəndaşlarımıza çağırış
Sputnik Azərbaycan
Vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq məlumat verməlidirlər.
2022-03-02T18:04+0400
2022-03-02T18:04+0400
2022-03-02T18:21+0400
xin
azərbaycan xəbərləri
leyla abdullayeva
vətəndaşlar
https://cdnn1.img.sputnik.az/img/42093/35/420933568_0:0:1786:1006_1920x0_80_0_0_5e116a52fd68e84f3df6c049ff2df90b.jpg
BAKI, 2 mart — Sputnik. Ukrayna ərazisindən Azərbaycan vətəndaşlarının keçidi ilə bağlı sosial şəbəkələr vasitəsilə çoxsaylı müraciətlər daxil olur.Bilirsiniz ki, insanların sərhəd məntəqələrinə axını səbəbindən uzunluğu kilometrlərlə ölçülən növbələr yaranır. Bu səbəbdən insanlar saatlarla növbədə gözləməli olurlar.Polşadan əldə etdiyimiz son məlumata əsasən, bu günlər ərzində çoxsaylı keçidlər səbəbi ilə ölkənin əsas şəhərləri olan Varşavada və Krakovda məntəqələr dolub. Buna görə də bu ölkədə olan vətəndaşlarımız Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslarla digər şəhərlərə göndərilir.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuat konfransında bildirib.Leyla Abdullayeva bildirib ki, vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq, özləri, yerləşdikləri ünvan, eyni zamanda, mobil telefon nömrələri haqqında məlumat verməlidirlər. Həmin vətəndaşlarımız səfirlikdə qeydiyyata alınmalıdırlar ki, növbəti günlərdə təxliyə prosesi zamanı onların qeydiyyatı nəzərə alınsın."Ukraynada olan vətəndaşlarımızdan təhlükəsizlik tələblərinə ciddi riayət etmələrini xahiş edirik. Onların hərbi qüvvələrin cəmləşdiyi, hərbi infrastrukturun olduğu yerlərdən kənar və uzaq olmaları, təhlükəsiz yerlərdə, öz evlərində qalmaları məsləhət görülür", - deyə L.Abdullayeva əlavə edib.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.Azərbaycan vətəndaşları gündəlik aviareyslərlə Ukraynadan təxliyə olunacaqAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220302/ukraynada-helak-olan-azerbaycan-vetendaslarinin-sayi-aciqlanib-439778030.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42093/35/420933568_0:0:1786:1340_1920x0_80_0_0_7023aa03b1ec3142ad4d10726803b599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xin-dən ukraynada olan vətəndaşlarımıza çağırış
xin-dən ukraynada olan vətəndaşlarımıza çağırış
XİN-dən Ukraynada olan vətəndaşlarımıza çağırış
18:04 02.03.2022 (Yenilənib: 18:21 02.03.2022) Vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq, özləri, yerləşdikləri ünvan, eyni zamanda, mobil telefon nömrələri haqqında məlumat verməlidir.
BAKI, 2 mart — Sputnik. Ukrayna ərazisindən Azərbaycan vətəndaşlarının keçidi ilə bağlı sosial şəbəkələr vasitəsilə çoxsaylı müraciətlər daxil olur.
Bilirsiniz ki, insanların sərhəd məntəqələrinə axını səbəbindən uzunluğu kilometrlərlə ölçülən növbələr yaranır. Bu səbəbdən insanlar saatlarla növbədə gözləməli olurlar.
Polşadan əldə etdiyimiz son məlumata əsasən, bu günlər ərzində çoxsaylı keçidlər səbəbi ilə ölkənin əsas şəhərləri olan Varşavada və Krakovda məntəqələr dolub. Buna görə də bu ölkədə olan vətəndaşlarımız Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslarla digər şəhərlərə göndərilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuat konfransında bildirib.
Leyla Abdullayeva bildirib ki, vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq, özləri, yerləşdikləri ünvan, eyni zamanda, mobil telefon nömrələri haqqında məlumat verməlidirlər. Həmin vətəndaşlarımız səfirlikdə qeydiyyata alınmalıdırlar ki, növbəti günlərdə təxliyə prosesi zamanı onların qeydiyyatı nəzərə alınsın.
"Ukraynada olan vətəndaşlarımızdan təhlükəsizlik tələblərinə ciddi riayət etmələrini xahiş edirik. Onların hərbi qüvvələrin cəmləşdiyi, hərbi infrastrukturun olduğu yerlərdən kənar və uzaq olmaları, təhlükəsiz yerlərdə, öz evlərində qalmaları məsləhət görülür", - deyə L.Abdullayeva əlavə edib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Azərbaycan vətəndaşları gündəlik aviareyslərlə Ukraynadan təxliyə olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.