SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

© AP Photo / Markus SchreiberUkrayna-Polşa sərhədində vəziyyət
Ukrayna-Polşa sərhədində vəziyyət  - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Ukraynadan Polşaya təxliyə edilən Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq
BAKI, 2 mart — Sputnik. Ukraynada baş verən hadisələrdə indiyə qədər Azərbaycanın 5 vətəndaşı həlak olub.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir.
L. Abdullayeva qeyd edib ki, Moldova və Polşadakı səfirliklərə əlavə diplomatlar ezam olunub: "Yaxın günlərdə də azərbaycanlıların təxliyəsi ilə bağlı müvafiq addımlar atılacaq".
O diqqətə çatdırıb ki, ən çox sıxlıq Moldova sərhədindədir.
L. Abdullayeva bildirib ki, ilk iki çarter reysi ilə 168 Azərbaycan vətəndaşı Rumıniyadan gəlib: "Xüsusilə bu gün həyata keçirilmiş çarter reysində böyük üstünlük qadınlara, uşaqlara verilib. Bu çarter reysləri davam etdiriləcək. Bu gün 4-cü çarter reysi həyata keçiriləcək və 170-dən çox Azərbaycan vətəndaşı Azərbaycana gətiriləcək. Dünən Xarkovdan gələn qatarda isə 185 Türkiyə vətəndaşı da olub".
O qeyd edib ki, proses birbaşa Azərbaycan dövlət başçısının nəzarətindədir.
Leyla Abdullayevanın sözlərinə görə, ikinci sıxlıq Polşa istiqamətindədir:
"Vətəndaşlarımız toplaşdıqca ölkəmizə Polşadan da çarter reysləri həyata keçiriləcək. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra bu ölkədəki səfirliklə əlaqə saxlasınlar".
Ukraynada sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsi verilir
O bildirib ki, Ukraynadan vətənə qayıtmaq istəyən, lakin sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarına ölkəyə qayıdış şəhadətnaməsinin verilməsi təmin olunur.
APA-nın bildirdiyinə görə, L. Abdullayeva əlavə edib ki, bu, müəyyən qədər vaxt tələb edir: “Bizim səfirlik orada fəaliyyət göstərir və vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir. Ölkəyə qayıdış şəhadətnamələrinin tərtib edilməsinə vaxt lazımdır”.
Azərbaycan vətəndaşları gündəlik aviareyslərlə Ukraynadan təxliyə olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanlı tələbələr kilsəyə sığındı
Bu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar
Fəxri Konsul Xarkovdan yola salınan azərbaycanlılar haqda məlumat verdi
Nazirdən Ukraynada qalan tələbələrlə bağlı açıqlama
Xəbər lenti
0