SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynadan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edildi

© Photo : TRENDUkraynadan təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı
Ukraynadan təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Bundan öncəki təxliyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb.
BAKI, 2 mart — Sputnik. Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyyə edilib. Bu barədə Sputnik Azərbaycan-a ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.
O, bildirib ki, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldova respublikasına yola düşür:

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb. ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var".

R. Eldaroğlu qeyd edib ki, növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyyəsi planlaşdırılır: "Bundan öncəki təxliyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir".
Qeyd edək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanlı tələbələr kilsəyə sığındı
Bu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar
Fəxri Konsul Xarkovdan yola salınan azərbaycanlılar haqda məlumat verdi
Nazirdən Ukraynada qalan tələbələrlə bağlı açıqlama
Xəbər lenti
0