Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Nazirdən Ukraynada qalan tələbələrlə bağlı açıqlama

© AP Photo / Bernat ArmangueUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Emin Əmrullayev həmçinin bildirib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan Universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur.
BAKI, 1 mart — Sputnik. "Hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin tələbələrin məsələsində nazirlik dəstəkverici rola malikdir. Nazir həmçinin bildirib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan Universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur.
Qeyd edək ki, Ukraynada təhsil alan tələbələrimizin çoxu bu ölkənin səfirliyinə təxliyə üçün müraciət edib. Ukrayna Ali Radasının rəhbəri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizə təxliyə olunanlar arasında tələbələr də var.
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Təhsil naziri Emin Əmrullayev
Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.
Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.
Məlumat üçün bildirək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PZR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Люди на пограничном переходе между Польшей и Украиной, 25 февраля 2022 года - Sputnik Azərbaycan, 1920, 01.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukraynadakı azərbaycanlıların növbəti qrupu yola salınacaq - Konsul
Xəbər lenti
0