Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Müstəqil" Ukraynanın 30 ilinin nəticələri

© Sputnik / Andrey SteninУчастники акций в поддержку евроинтеграции Украины на улице Грушевского в Киеве
Участники акций в поддержку евроинтеграции Украины на улице Грушевского в Киеве - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Təəccüblü deyil ki, bu illər ərzində Ukrayna əhalisinin sayı 52 milyondan 42 milyonadək azalıb. Məhz ona görə əhalinin siyahıya alınması həmişə təxirə salınıb. Vətəndaşlara və dünyaya faciənin miqyasını göstərməmək üçün.
BAKI, 2 mart — Sputnik. Olqa Suxarevskaya, xarici siyasət magistri.
RF-nın Ukraynadakı xüsusi əməliyyatı, belə görünür ki, Ukrayna dövlətçiliyinin 1991-ci ildən formalaşmış şəklinə son qoyacaq. Bu qanunauyğun nəticədir, Ukrayna rəsmiləri öz əlləri ilə çiçəklənən dövləti dağılmış iqtisadiyyatı, ac və ölkədən qaçan əhalisi, vətəndaş müharibəsi içində olan alınmamış dövlətə çeviriblər.
Yaxtanı necə adlandırsanız…
Rəsmi sənədlər nə desələr də, Leonid Kravçuk müstəqillik elan olaunanda nə söz versə də, ruhən müasir Ukrayna UXR və UMT-nin varisidir. 1992-ci ildə kleynodlar təntənəli surətdə Ukraynaya təqdim olunub. Mərasimdə UXR mühacir hökumətinin başçısı, Ukrayna Millətçilər Təşkilatının faktiki gənclər şöbəsi olan "Plast" skaut hərəkatının Qərbi Ukraynadakı keçmiş fəalı Nikolay Plavyuk iştirak edib.
Kravçukun dövründə Hitler satqınları Ukraynaya səpələndilər. Sadəcə səpələnmədilər, həm də hökumətə girdilər. Onların arasında Ukrayna Millətçiləri Təşkilatının qadınlar və gənclər şöbələrinə rəhbərlik edən, antibolşevik Xalqlar Blokunun üzvü Yaroslav Stetskonun həyat yoldaşı Slava da var. O, 1941-ci ildə Ukrayna dövlətinin yenidən qurulması aktında Ukraynanı Üçüncü Reyxin müttəfiqi elan edib. Ukrayna üsyançı ordusunun yaradıcısı Roman Şuxeviçin oğlu, hauptman rütbəli “Naxtiqal” xüsusi bölməsində və Şutsmanşaftın 201-ci batalyonunun komandirinin müavini Yuri Şuxeviç də xalq deputatı oldu.
İdeoloji və tarixi sahə Soros Fondu və xarici diasporun nümayəndələri tərəfindən sürətlə və möhkəm şəkildə zəbt edilib, hansı ki, onlar “Prosvita” cəmiyyəti vasitəsilə Ukrayna üçün kütləvi şəkildə, millətçi ideologiya və rusofobiya ilə dolğun olan məktəb dərslikləri hazırlayır, şəhərlərin və küçələrin adlarının dəyişdirilməsi üçün diaspora arxivlərindən “böyük şəxsiyyətlər” aşkarlanır, rus dilini ləğv etmək üçün bütün proqramlar həyata keçirilir. Bütün bunlardan sonra vəziyyətin bu həddə olması təəcüblü deyilmi?
Ukrayna məktəb dərsliklərində tarix nəinki fantastik-marazmatik rusofobik tədris olunur, həm də Oruellin əsərindəki “həqiqət nazirliyi”nin ən yaxşı ənənələrinə uyğun olaraq daim yenidən yazılır. Ukraynanın təhsil naziri Anna Novosad bildirib ki, “artıq beş il keçib (Maydandan sonra) və bir çox dərsliklərdə isə Rusiya Ukraynanın dostudur kimi qeyd olunur, biz hələ də düşmənimizlə dostluq münasibətlərini xatırlayırıq, ona görə də burada çox şey dəyişdirilməlidir”. Hətta klassiklərin əsərlərindəki bəzi sözlər də dəyişilirdi, məsələn, Nikolay Qoqolun “rus” sözü avtomatik olaraq “ukraynalı” sözü ilə əvəz olundu.
Hətta sosial şəbəkələrdə Rusiyaya rəğbət ifadələri də cinayət hökmlərinin verilməsi üçün əsasdır və bütün Ukrayna ərazisində rus dilinin istifadəsi faktiki olaraq qadağandır.
“Ukraynalaşma” əməliyyatı
Hələ 1996-cı ildə Ukraynanın Dövlət Televiziya və Radio Verilişləri və İnformasiya Nazirliyindən Nazirlər Kabinetinə təqdim etdiyi tövsiyədə deyilirdi: “Qeyri-dövlət dilində yayım və çap nəşrləri öz mənfi nəticələrinə görə zorakılıq, zülm, habelə Ukrayna əleyhinə təbliğatın müxtəlif formalarını təbliğ etməkdən az olmayan milli təhlükəsizliyə təhlükə yaratması bunu göstəricisidir”.
Elə həmin il Ukraynada yeganə dövlət dili Ukrayna dili kimi müəyyən edilən Ukrayna Konstitusiyası qəbul olundu, rus və digər dillərin istifadəsinə zəmanət verən bu maddənin 2-ci bəndi isə Konstitusiya Məhkəməsinin qərarı ilə rədd edildi. Məhz buna görə də təhsilin, elmin, qanunvericilik fəaliyyətinin, coğrafi adlar və s. total ukraynalaşdırılması 1997-ci ilə təsadüf etdi. Bütün sonrakı Ukraynaçılıq qanunları bunu yalnız “şprexenfürerin”in səfəri və cərimə təhlükəsi altında reallıqda həyata keçirməyə məcbur etdi.
Bu, ədəbi Ukrayna dilini bir növ ağlasığmaz diaspora-qalisiya qvarasına çevirən dil islahatına da aiddir. 1990-2000-ci illərdə dövlət qurumlarında baş nazirin müavini Nikolay Julinskinin əmri ilə dövlət qulluqçularına öz aralarında rus dilində ünsiyyət qurmağı qadağan etdi.
Bu günə qədər hətta “kor” Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Venesiya Komissiyası (VK) da Ukrayna dilinin və təhsil qanunvericiliyinin açıq şəkildə ayrıseçkilik xarakterinə diqqət yetiriblər. Xüsusilə, sonuncu təhsil haqqında qanuna yenidən baxılmasını tələb edir ki, bu da “Aİ-nin rəsmi dili olmayan dillər, xüsusən də Ukraynada dövlət dilindən sonra ən geniş istifadə olunan rus dili üçün həllini nəzərdə tutmur. dövlət dili. Bu dillərə olan daha az əlverişli münasibəti sübut etmək çətindir və buna görə də normanın ayrıseçkilik xarakteri ilə bağlı sual doğurur”.
Buna baxmayaraq, AŞPA və VK-nın Ukraynadakı qətnamələrindən sonra dil müfəttişləri, cərimələr və dilin “korlanmasına” görə cinayət təqibləri institutunun tətbiqini nəzərdə tutan həqiqətən də əjdaha dil qanunu qəbul edildi, mağaza və restoranlarda rus dilində söhbətlər ilə bağlı qalmaqallar gündəlik təcrübəyə çevrildi.
Üstəlik, Ukraynada yerli xalqlar haqqında qanun qəbul edildi və bu qanuna əsasən, təkcə ruslar deyil, azərbaycanlılar, polyaklar, macarlar, yəhudilər və Ukraynada yaşayan digər 130 millətin nümayəndələri də öz dil hüquqlarını qorumaq hüququna malik xalqlar siyahısından çıxarılıb. Rus məktəbləri tamamilə ləğv edildi, onların sayı 1991-ci ildən bəri durmadan azalır.
Üçüncü Reyxin izi ilə
2014-cü il dövlət çevrilişindən sonra nasizm əslində Ukraynanın dövlət ideologiyasına çevrildi. Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna üsyançı ordusunun yaradıcıları bu ölkənin müstəqilliyi uğrunda döyüşçülər kimi tanınıb, küçə və meydanlara onların adı verilib, abidələr ucaldılıb.
Əgər çevrilişdən sonrakı ilk illərdə Kiyev rejimi qanunvericilikdə nasizm və kommunizmi bərabərləşdirərək “Avropa üsulu ilə” öz əsl simasını hələ də gizlədirdisə, zaman keçdikcə “qəhrəmanlarının” Hitler kökündən olduğuna görə xəcalət çəkməyi dayandırdı.
Nümunələr çoxdur. Məsələn, 2020-2021-ci illərdə Ukrayna şəhərlərinin küçələrində iyunun 30-da “Ukrayna dövlətçiliyinin elan edilməsi aktı”nın şərəfinə bilbordlar görünməyə başladı. Xatırladaq ki, bu sənədin 3-cü bəndində deyilir: “Yeni yüksəlişdə olan Ukrayna dövləti öz lideri Adolf Hitlerin rəhbərliyi altında olan Avropa və dünyada yeni nizam yaradan və Ukrayna xalqının Moskva işğalından azad olmasına kömək edən Ukraynaya kömək edən Milli Sosialist Böyük Almaniya ilə sıx əməkdaşlıq edəcək”.
2020-ci ilin aprel ayında Lvov şəhərinin Baş Poçt Şöbəsinin binasında İkinci Dünya Müharibəsi illərində Nasist Almaniyasının tərkibində vuruşmuş “Qaliçiya” SS diviziyasına həsr olunmuş marka və açıqcaların sərgisi keçirildi. “Ukraynanın müdafiəçiləri”nin şevronları sadəcə olaraq Üçüncü Reyxin simvolları ilə doludur.
Yenə də bu, 2014-cü ildə başlamayıb. Yuxarıda adı çəkilən Slava Stetsko İkinci Dünya Müharibəsindən sonra ilk dəfə 1991-ci il iyunun 30-da, məhz həyat yoldaşının Lvovda xatirə olan Aktının 50-ci ildönümünü qeyd etmək üçün Ukraynaya qayıdıb. Yəni hələ “canlı” SSRİ dövründə!
Eyni zamanda SSRİ-nin gerbi olan köynək geyinən şəxslər həbs edilirdi və sosial şəbəkələrdə sovet simvollarının yerləşdirilməsinə görə isə artıq məhkumluq hökmləri çıxarılırdı.
Xarici idarəetmə
Müstəqilliyin ilk günlərindən, hətta ondan əvvəl də Ukrayna sözün əsl mənasında müxtəlif fondlar, QHT və xarici müşavirlər tərəfindən işğal edilib. Bu, digər postsovet ölkələrində də belə idi, ancaq Ukrayna QHT-lərin faktiki olaraq hakimiyyətə gəldiyi azsaylı ölkələrdən biri oldu.
Müxtəlif “təlim proqramları” təkcə media və ictimai təşkilatları deyil, həm də dövlət qurumlarını da əhatə edirdi. Bu sətirlərin müəllifi AŞPA, ATƏT, Dünya Bankı və s. tərəfindən təşkil edilən saysız-hesabsız “ixtisas hazırlıq kursları”nı saymasaq, Avropada iki “təcrübə”də iştirak etməli idi. Orada dövlət strukturlarında onun maraqlarının bələdçisinə çevrilən Qərbə məmurlar diqqətlə süzülürdülər.
Bununla belə, xüsusi xidmət orqanlarının klassik sxeminə görə, əgər ölkə prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı ABŞ vətəndaşı və millətçisi olan Katerina Çumaçenko oldusa, 2014-cü ildə Viktoriya Nuland isə Ukraynaya prezident “seçibsə” adi məmurlar haqqında nə deyə bilərik? Məhz 1998-ci ildə həyat yoldaşı Çumaçenko olan Yuşşenko ilə Ukraynada dövlət hakimiyyətinin planlı şəkildə ələ keçirilməsi başladı. Artıq 2001-ci ildə Kuçmanın prezidentlikdən devrilməsi planlaşdırılırdı, o zaman Ukrayna konstitusiyasına görə onun yerinə baş nazir Yuşşenko keçəcəkdi. Bu, 2004-cü ildə ağlasığmaz, qeyri-qanuni “seçkilərin üçüncü turu” vasitəsilə baş verdi. Proses isə 2014-cü ildə silahlı çevrilişlə başa çatdı.
Nəticədə Ukrayna ÜTT-yə üzv olmaq üçün ağır şərtlər imzaladı. 2013-cü ilin mayında Ukrayna Ali Radasının Xarici Əlaqələr Komitəsində Ukraynanın ÜTT-də olmasının 5 ilik yekunlarına dair dinləmələr keçirildi, sənaye və ticarət üçün fəlakətli nəticələrə görə rəsmi olaraq dərc etməyə belə cəsarət etmədi.
“Avropa inteqrasiyasında məcburiyyət”in növbəti mərhələsi Donbasda dövlət çevrilişinə və vətəndaş müharibəsinə çevrilən Aİ ilə Assosiasiya haqqında müstəmləkə sazişinin imzalanması oldu. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin xatirələrinə görə, maydan tamamilə Qərb tərəfindən maliyyələşdirilib və silahlı çevriliş isə ABŞ hərbçilərinin birbaşa rəhbərliyi altında həyata keçirilib.
2014-cü ildə işğal açıq mərhələyə keçdi. Xarici dövlətlərin vətəndaşları A.Abramaviçus, N.Yaresko və A.Kvitaşvili Ukraynada nazir oldular, çoxsaylı “gürcü desant” aşağı vəzifələri tutdular, xarici müşavirlərin və Ukraynanın strateji müəssisələrinin rəhbərlərinin sayı isə bir neçə yüz nəfəri ötdü. O zamankı nazir Poltorakın sözlərinə görə, 2017-ci ilə əsasən Yalnız Müdafiə Nazirliyində 14 ölkədən 66 xarici müşavir çalışıb. Yeri gəlmişkən, 2022-ci ilin yanvarında “Rusiyanın Ukraynaya hücumu” ilə bağlı isteriyanın qızışdırılması zaman ABŞ-dan daha iki məsləhətçi gəldi.
ABŞ səfirinin 2008-ci ildə UTX Akademiyasının məzunlarına diplom təqdim etməsi də yaddaqalandır. Ancaq indi UTX bütövlükdə MKİ-nin filialına çevrilib.
NATO-nun Ukraynanın hərbi işğalı da müşahidə olunur. 2014-cü ildən bəri ABŞ tərəfindən Ukraynaya hərbi yardım “Qərb tərəfdaşlarından” alınan silahları nəzərə almasaq, təxminən 2 milyard dollar təşkil edib. Ölkə Rusiyanın hərbi rəqibinə çevrilib ki, bu da Ukraynanın Hərbi Təhlükəsizlik Strategiyasında öz əksini tapıb. Heç bir halda Ukrayna təbliğatının təqdim etməyə çalışdığı kimi müdafiə xarakteri daşımır. Sənəddə, məsələn, “Rusiya Federasiyasının Belarus Respublikasını öz siyasi təsir dairəsində saxlamaq cəhdi” halında Rusiya ilə döyüşmək niyyətini əks etdirir.
Ukrayna ərazisində ABŞ-ın 15 hərbi bioloji laboratoriyası fəaliyyət göstərirdi.
Dağıntı və soyqırımı
Ukraynaya göydən düşmüş müstəqillik anında respublika RSFSR-dən sonra əhalinin sayına, sənaye məhsulunun həcminə və əsas istehsal fondlarının dəyərinə görə ikinci yeri tuturdu. Ukrayna aviadaşıyan, təyyarə, vaqon, kombayn, nüvə raketləri və helikopter mühərrikləri istehsal edirdi.
İndi Ukrayna sənayesinin flaqmanları dağıntılar altındadır. Bağlıdırlar. Lvov avtozavodu və Nikolayevdəki Qara dəniz gəmiqayırma zavodu. Ukrayna aviaquruculuğunun fəxri An-225 “Mriya”nı istehsal etmiş “Antonov” konserni, 2016-2019-cu illərdə bir təyyarə belə istehsal etməyib.
“Motor Siç”, “Yujmaş”ın vəziyyətləri çətindir, “ZAZ” güclə ayaq üstə dayanır. Təəccüblü olsa da, hərbi xərclərin artması fonunda hərbi müəssisələr də borc içindədirlər. 2021-ci ilin əvvəlinə Kiyev zirehli tank zavodunun kreditlər üzrə borcu 74 milyon qriven olub., Jitomir zavodunda bu rəqəm 76, Lvovda 79, “Spestexnoeksport” müəssisəsində 894 olub. “Antonov” 424 milyon qrivna borcludur 3 milyardlıq yeni krediti götürüb. Xarkov aviazavodu 2,3 milyard qrivnalıq borcdadır. Kiyev rejimi isə hərbi secondhand-i NATO-da yığmağa hazırlaşır, özü də kreditə.
Aqrosektor bir təhər duruş gətirir, lakin yalnız ixrac növlərinin hesabına, əhali üçün qida məhsullarının hesabına yox. Rəqəmlər özləri bunu deyirlər. 2021-ci ildə Ukrayna $12,34 milyardlıq (+31,2%) buğda, $7,04 milyardlıq (+ 22,5%) piy və bitki, heyvan yağları ixrac edib. Bu vaxt ərzində ölkəyə $8 milyardlıq (+19%) məhsul gətirilib. Hətta salo Ukrayna kəndlərində Polşa istehsalıdır, kartof isə Belarusudur.
2014-cü ildəki dövlət çevrilişi əhali üçün əsl soyqırımına çevrildi. Söhbət BMT-nin məlumatına görə, 13 mindən artıq insanın həlak olduğu Donbasdan getmir, bütün Ukraynadan gedir. BVF və qərbli kuratorların diqtəsi ilə keçirilən “islahatlar” xəstəxana və ali məktəblərin bağlanmasına, kommunal xidmətlərin qiymətinin artmasına səbəb oldu. Bu illər ərzində Ukrayna 66 min həkim, 5 min Elmlər Akademiyasının əməkdaşını, ali məktəblərin 25%-ni itirib. Lakin Dünya bankının fikrincə, ali məktəblərin sayını daha da azaltmaq lazımdır. Bunun üçün 200 milyon dollar ayrılıb.
Təəccüblü deyil ki, bu illər ərzində Ukrayna əhalisinin sayı 52 milyondan 42 milyonadək azalıb. Əslində, müxtəlif qiymətlərə görə, Ukraynada 25-37 milyon əhali var. Məhz ona görə əhalinin siyahıya alınması həmişə təxirə salınıb. Vətəndaşlara və dünyaya faciənin miqyasını göstərməmək üçün.
İndi bütün Ukrayna üzrə hərbi əməliyyatlar gedərkən bu ölkənin rəsmilərinin cinayətkar və talançılara silah paylamasını, dinc əhalinin şəhərlərdə saxlanılmasını, hərbçilərin yaşayış məhəllələrində yerləşdirməsini hərbi cinayət və qəsdən törədilmiş soyqırımı kimi qiymətləndirməmək olmur.
Cəsarətlə demək olar ki, bir tərəfdən rusdilli çoxluğu təqib edən və faşizmi təbliğ edən, digər tərəfdən iqtisadi cəhətdən o cümlədən öz tərəfdarlarını boğan dövlət vətəndaşları üçün düşməndir. Nadir istisnalar olmaqla Ukraynada hamı öz milli, dil, sosial və vətəndaş hüquqlarında məhrumiyyətlər yaşayırlar.
Müstəqil Ukraynanın qısa tarixi belə şərtlərdə başqa cür də qurtara bilməzdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Xəbər lenti
0