https://sputnik.az/20220301/qerb-rusiyaya-qarsi-yeni-cebhe-acib-qtisadi-439712346.html
Qərb Rusiyaya qarşı yeni cəbhə açıb. İqtisadi
Qərb Rusiyaya qarşı yeni cəbhə açıb. İqtisadi
Sputnik Azərbaycan
Qərb ölkələri heyrətamiz riyakarlıqla Rusiyanı BMT Təhülkəsizlik Şurasında "təcüvüzə son qoymağa" və qoşunları çıxarmağa çaöırırlar. Niyə? Orada qan... 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T10:15+0400
2022-03-01T10:15+0400
2022-03-01T12:05+0400
qərb
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426850651_0:0:3401:1913_1920x0_80_0_0_45a507cc10e6b8956b3ab8feefb09d07.jpg
BAKI, 1 mart — Sputnik. Bu məqalə yazılanda Rusiya hərbçiləri Xarkova daxil olublar. Xerson, Berdyansk halqaya alınıb, Melitopol azad olunub. Rus xüsusi təyinatlıları Hostomel hava limanının ələ keçirilməsi üzrə fantastik əməliyyat həyata keçirərək Kiyevin halqaya alınmasını təmin ediblər. Şübhəsiz ki, bir gün bu uşaqlar barəsində film çəkəcəklər. RIA Novosti-nin son proseslər haqqında məqaləsini təqdim edirik.Burada artıq qərbli tərəfdaşlar şokdan ayılıblar. Məlum olub ki, onlar da təcili olaraq Rusiya ilə döyüşmək istəyirlər. Yox, öz əsgərlərini Ukraynaya gönədrməyə onlar cürət etməyəcəklər. Deyəsən, Vladimir Putinin xəbərdarlığı onlara çatıb: "Kimsə bizə mane olmağa cəhd etsə, bundan əlavə, bizim ölkəmiz, xalqımız üçün təhlükə yaratsa, bilməlidir ki, Rusiyanın cavabı təcili olacaq və sizin üçün tarixdə heç vaxt rastlaşmadığınız bir nəticələrə gətirəcək".Əvəzində 404 ölkəsinə yeni silah partiyaları gətirildi. Co Bayden Ukraynaya 350 milyon dollar dəyərində silahın göndərilməsinə razılıq verib. Niderland Kiyevə 50 Panzerfaust 3 tank əleyhinə qumbaraatan və 400 reaktiv mərmi göndərir.Panzerfaust-u tanıdınız? Düzdür, bu alman qumbaraatanıdır, demək olar ki, faşistlər tərəfindən Böyük Vətən müharibəsi zamanı Şərq cəbhəsində istifadə olunan həmin qumbaraatanın "nəvəsi"dir.Almaniya hökuməti Ukraynaya alman silahının tədarükünə razılıq veriblər. Bir neçə saatdan sonra isə özləri də iştirak etmək qərraına gəldilər — münaqişə zonalarına silah göndərməmək siasətlərinə rəğmən. Minlərlə tank əleyhinə silah və 500 "Stinger" Ukraynaya yola düşəcək. Biz təəccüblənmədik: AFR rəhbərliyi bir az şübhə ilə yanaşdıqdan sonra yenə də üçüncü reyxin yolu ilə getdi.Qərb ölkələri heyrətamiz riyakarlıqla Rusiyanı BMT Təhülkəsizlik Şurasında "təcüvüzə son qoymağa" və qoşunları çıxarmağa çaöırırlar. Niyə? Orada qan tökülməsini maksimum uzatmaq üçün.Rusiyanın Ukraynadakı hərbi əməliyyatı bəhanədir. Rusiyaya qarşı "dəhşətli sanksiyalar" onsuz da tətbiq olunardı. Biz öz vicdanlı zəhmətimizlə onları qazanmışıq. Lakin bu gün bunlar artıq sadəcə sanksiyalar deyil. Qərb açıq şəkildə Rusiyanı məhv etmək üçün iqtisadi müharibə elan edib.Eyni zamanda ABŞ və Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarına sanksiya qoyurlar. Burada da biclik var. Başa düşdüyümüz kimi, RMB çoxdandır amerikalılar tərəfindən idarə olunan beynəlxalq strukturların deyil, bizim dövlətimizin maraqları üçün işləyir.Bu gün RMB-nin dollarlarının hansı aktivlərdə saxlandığı tam məlum deyil. Müvafiq olaraq, onlardan hansı miqdarının bloklanacağı aydın deyil. Lakin istənilən halda söhbət milyardlarla dollarlardan gedir. Bu "bloklama" RMB-nin düşən rublu dəstəkləmək üçün yerli bazarda valyuta müdaxilələrini çətinləşdirmək üçündür."Sanksiyalar", "dondurmaq", "bloklamaq" normal dil çevirəndə nə deməkdir? Bu adi oğurluq deməkdir. Soymaq. Əlindən almaq. Bir neçə il oxşar yolla Venesuela qarət olundu. Yadınızdadır, Venesuela hökuməti onda Londondan öz qızıl ehtiyatını geri verməyi xahiş etdi. "Yox, xarab edər", - London onlara cavab verdi. Elə bu günlərdə ABŞ Əfqanıstan MB-nin bütün maliyyə aktivlərini "dondurub", ya da anlaşılan dillə desək oğurlayıb.Bəs məşhur "Qəddafinin milyardları" haradadır? Digərləri olan yerdə. Amerikalılar tərəfindən oğurlanıb. İndi onlar Rusiyanın Mərkəzi Bankını soymağa hazırlaşırlar.Bəli, bu hamımıza zərbədir, ölkəyə, xalqa. Ukraynadakı xüsusi əməliyyatı dəstəkləməyimizdən, yaxud sosial şəbəkədə Ukrayna bayrağını paylaşmağımızdan asılı olmayaraq. Bu Rusiyaya birbaşa hücumdur.Bu gün dünyanın müxtəlif ölkələrində Rusiyanın səfirliklərinə hücumlar edilir. Sovet döyüşçülərinin abidələri təhqir olunur. Sosial şəbəkələrdə antirus nifrəti püskürür. Baş nazir Conson başda olmaqda Böyük Britaniya parlamentariləri bəyan edirlər ki, rus xalqına qarşı deyillər. Növbəti addım olaraq isə bütün rusları ölkədən qovmağa çağırırlar. Nəyə görə? Rus olduqlarına.Avropa ölkələri bir-biriləri ilə bəhsə girərək Rusiya vətəndaşlarından əllərindən aktivlərin və yığımlarının alınması üzrə bir-birindən maraqlı təkliflər irəli sürürlər. Lakin bütün bunlar bizə tanışdır. Avropalı faşistlər Sovet İttifaqının işğal olunmuş ərazilərində bizi eyni qətiyyətlə qarət etmirdilər? Leninqrad yaxınlığında tamamilə qarət edilmiş sarayların fotoşəkilləri yadınızdadır?Yəqin ki, artıq gözəl terminlərin arxasında gizlənməyə son qoymaq lazımdır. Bizim mədəni formada rusofobiya dediyimiz şey, əslində neofaşizmdir. Faşizmin yeni, düzəldilmiş və əlavələr edilmiş variantı. Sadəcə hazırkı halda insan olmayanlar qismində Avrasiyanın bütün slavyan əhalisi elan olunur. Yenə bizim dalımızca gəliblər.Amma bu gün Rusiyanın bu hücumun qarşısını almaq və layiqli cavab vermək üçün bütün imkanları mövcuddur. Buna görə də biz səkkiz il gözləmişik. Qələbədən ötrü.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıbMakron Putin və Zelenski ilə danışıqlar aparıbAvropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426850651_0:0:2731:2048_1920x0_80_0_0_67afd78beaa28d673c8cba49279a0b41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
qərb, rusiya, ukrayna
Qərb Rusiyaya qarşı yeni cəbhə açıb. İqtisadi
10:15 01.03.2022 (Yenilənib: 12:05 01.03.2022) Qərb ölkələri heyrətamiz riyakarlıqla Rusiyanı BMT Təhülkəsizlik Şurasında "təcüvüzə son qoymağa" və qoşunları çıxarmağa çaöırırlar. Niyə? Orada qan tökülməsini maksimum uzatmaq üçün.
BAKI, 1 mart — Sputnik. Bu məqalə yazılanda Rusiya hərbçiləri Xarkova daxil olublar. Xerson, Berdyansk halqaya alınıb, Melitopol azad olunub. Rus xüsusi təyinatlıları Hostomel hava limanının ələ keçirilməsi üzrə fantastik əməliyyat həyata keçirərək Kiyevin halqaya alınmasını təmin ediblər. Şübhəsiz ki, bir gün bu uşaqlar barəsində film çəkəcəklər. RIA Novosti-nin son proseslər haqqında məqaləsini təqdim edirik.
Burada artıq qərbli tərəfdaşlar şokdan ayılıblar. Məlum olub ki, onlar da təcili olaraq Rusiya ilə döyüşmək istəyirlər. Yox, öz əsgərlərini Ukraynaya gönədrməyə onlar cürət etməyəcəklər. Deyəsən, Vladimir Putinin xəbərdarlığı onlara çatıb: "Kimsə bizə mane olmağa cəhd etsə, bundan əlavə, bizim ölkəmiz, xalqımız üçün təhlükə yaratsa, bilməlidir ki, Rusiyanın cavabı təcili olacaq və sizin üçün tarixdə heç vaxt rastlaşmadığınız bir nəticələrə gətirəcək".
Əvəzində 404 ölkəsinə yeni silah partiyaları gətirildi. Co Bayden Ukraynaya 350 milyon dollar dəyərində silahın göndərilməsinə razılıq verib. Niderland Kiyevə 50 Panzerfaust 3 tank əleyhinə qumbaraatan və 400 reaktiv mərmi göndərir.
Panzerfaust-u tanıdınız? Düzdür, bu alman qumbaraatanıdır, demək olar ki, faşistlər tərəfindən Böyük Vətən müharibəsi zamanı Şərq cəbhəsində istifadə olunan həmin qumbaraatanın "nəvəsi"dir.
Almaniya hökuməti Ukraynaya alman silahının tədarükünə razılıq veriblər. Bir neçə saatdan sonra isə özləri də iştirak etmək qərraına gəldilər — münaqişə zonalarına silah göndərməmək siasətlərinə rəğmən. Minlərlə tank əleyhinə silah və 500 "Stinger" Ukraynaya yola düşəcək. Biz təəccüblənmədik: AFR rəhbərliyi bir az şübhə ilə yanaşdıqdan sonra yenə də üçüncü reyxin yolu ilə getdi.
Qərb ölkələri heyrətamiz riyakarlıqla Rusiyanı BMT Təhülkəsizlik Şurasında "təcüvüzə son qoymağa" və qoşunları çıxarmağa çaöırırlar. Niyə? Orada qan tökülməsini maksimum uzatmaq üçün.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı bəhanədir. Rusiyaya qarşı "dəhşətli sanksiyalar" onsuz da tətbiq olunardı. Biz öz vicdanlı zəhmətimizlə onları qazanmışıq. Lakin bu gün bunlar artıq sadəcə sanksiyalar deyil. Qərb açıq şəkildə Rusiyanı məhv etmək üçün iqtisadi müharibə elan edib.
Eyni zamanda ABŞ və Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarına sanksiya qoyurlar. Burada da biclik var. Başa düşdüyümüz kimi, RMB çoxdandır amerikalılar tərəfindən idarə olunan beynəlxalq strukturların deyil, bizim dövlətimizin maraqları üçün işləyir.
Bu gün RMB-nin dollarlarının hansı aktivlərdə saxlandığı tam məlum deyil. Müvafiq olaraq, onlardan hansı miqdarının bloklanacağı aydın deyil. Lakin istənilən halda söhbət milyardlarla dollarlardan gedir. Bu "bloklama" RMB-nin düşən rublu dəstəkləmək üçün yerli bazarda valyuta müdaxilələrini çətinləşdirmək üçündür.
"Sanksiyalar", "dondurmaq", "bloklamaq" normal dil çevirəndə nə deməkdir? Bu adi oğurluq deməkdir. Soymaq. Əlindən almaq. Bir neçə il oxşar yolla Venesuela qarət olundu. Yadınızdadır, Venesuela hökuməti onda Londondan öz qızıl ehtiyatını geri verməyi xahiş etdi. "Yox, xarab edər", - London onlara cavab verdi. Elə bu günlərdə ABŞ Əfqanıstan MB-nin bütün maliyyə aktivlərini "dondurub", ya da anlaşılan dillə desək oğurlayıb.
Bəs məşhur "Qəddafinin milyardları" haradadır? Digərləri olan yerdə. Amerikalılar tərəfindən oğurlanıb. İndi onlar Rusiyanın Mərkəzi Bankını soymağa hazırlaşırlar.
Bəli, bu hamımıza zərbədir, ölkəyə, xalqa. Ukraynadakı xüsusi əməliyyatı dəstəkləməyimizdən, yaxud sosial şəbəkədə Ukrayna bayrağını paylaşmağımızdan asılı olmayaraq. Bu Rusiyaya birbaşa hücumdur.
Bu gün dünyanın müxtəlif ölkələrində Rusiyanın səfirliklərinə hücumlar edilir. Sovet döyüşçülərinin abidələri təhqir olunur. Sosial şəbəkələrdə antirus nifrəti püskürür. Baş nazir Conson başda olmaqda Böyük Britaniya parlamentariləri bəyan edirlər ki, rus xalqına qarşı deyillər. Növbəti addım olaraq isə bütün rusları ölkədən qovmağa çağırırlar. Nəyə görə? Rus olduqlarına.
Avropa ölkələri bir-biriləri ilə bəhsə girərək Rusiya vətəndaşlarından əllərindən aktivlərin və yığımlarının alınması üzrə bir-birindən maraqlı təkliflər irəli sürürlər. Lakin bütün bunlar bizə tanışdır. Avropalı faşistlər Sovet İttifaqının işğal olunmuş ərazilərində bizi eyni qətiyyətlə qarət etmirdilər? Leninqrad yaxınlığında tamamilə qarət edilmiş sarayların fotoşəkilləri yadınızdadır?
Yəqin ki, artıq gözəl terminlərin arxasında gizlənməyə son qoymaq lazımdır. Bizim mədəni formada rusofobiya dediyimiz şey, əslində neofaşizmdir. Faşizmin yeni, düzəldilmiş və əlavələr edilmiş variantı. Sadəcə hazırkı halda insan olmayanlar qismində Avrasiyanın bütün slavyan əhalisi elan olunur. Yenə bizim dalımızca gəliblər.
Amma bu gün Rusiyanın bu hücumun qarşısını almaq və layiqli cavab vermək üçün bütün imkanları mövcuddur. Buna görə də biz səkkiz il gözləmişik. Qələbədən ötrü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.