https://sputnik.az/20220228/ukraynada-qalan-telebelerimiz-imdad-dilediler---yolda-basimiza-bir-is-gelmese-439688303.html
Ukraynada qalan tələbələrimiz imdad dilədilər - "Yolda başımıza bir iş gəlməsə..."
Ukraynada qalan tələbələrimiz imdad dilədilər - "Yolda başımıza bir iş gəlməsə..."
Sputnik Azərbaycan
"Artıq biz 9 tələbə birgə Moldovaya doğru yola çıxmışıq. Əgər yolda başımıza bir iş gəlməsə, sağ qalsaq, Azərbaycana gələcəyik". 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T15:40+0400
2022-02-28T15:40+0400
2022-02-28T18:30+0400
ukrayna
azərbaycanlı
tələbə
təxliyə
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439684553_0:161:3070:1888_1920x0_80_0_0_1b27776160a6d9971b6eb9c36e3ad6b7.jpg
BAKI, 28 fevral — Sputnik. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə təhsil alan azərbaycanlıların təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub. Sosial şəbəkələrdə artıq Xarkovda təhsil alan iki azərbaycanlı tələbə ilə əlaqə saxlamağın mümkün olmadığını əks etdirən məlumatlar paylaşılıb.Ukraynada təhsil alan tələbələr də Sputnik Azərbaycan-a bildiriblər ki, onlarla heç kəs maraqlanmır. Odur ki, təhlükəli olsa da, özləri yola çıxıblar. Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakültəsinin ikinci kurs tələbəsi Nuray Həsənzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kiyevdə Taras Şevçenko adına Universitetin yataqxanasında qalan 9 azərbaycanlı tələbə bu gün səhər saatlarında oradan çıxaraq Moldovaya doğru yola düşüb.N.Həsənzadə onlarla Ukraynadakı Azərbaycan Konsulluğundan heç kəsin maraqlanmadığını söyləyib: Xarkov şəhərində fəaliyyət göstərən Ukraynanın Milli Mülki Müdafiə Universitetinin tələbəsi Müslüm Nəsrulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onları təxliyə edən yoxdur. Özləri yola çıxmağa isə ehtiyat edirlər.Sputnik Azərbaycan Ukraynada təhsil alan azərbaycanlıların Vətənə təxliyəsinin gecikməsinin səbəblərini, onların hərbi əməliyyatlar aparılan bölgələrdən çıxardılması yollarını araşdırıb.Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara təxliyə üçün azərbaycanlılardan 500-dən çox müraciət daxil olub: "Onların arasında tələbələr də var. Biz müraciət edənləri ayırmırıq. Kimin imkanı var, qatarla Lvova gedərək oradan Polşaya keçir. Bəziləri Moldavaya gedirlər. Azərbaycanlıların təhlükəsiz təxliyəsi istiqamətində işlər aparılır".Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən "Dostluq" cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbələrin bir qismi əvvəldən ölkəni tərk edib: Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov isə bildirib ki, konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir: "Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb.Eyni zamanda, ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qərargahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Diaspora ilə iş üzrə Dövlət Komitəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyətinin ərazisində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərin olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq".O qeyd edib ki, konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həmvətənlərimizin müraciətləri dərhal araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir: "Ötən gün Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib. Həlak olan Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulluğunun kollektivi Qoşqar Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Azərbaycanlıları gətirən ikinci təyyarə bu gün Bakıya enəcək* Azərbaycan Qara və Azov dənizləri ilə bağlı bəzi müqavilələri ləğv etdi - Səbəb* Ukraynadakı azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb* Ukraynadan azərbaycanlı sürücülərin təxliyəsinə başlanıldı - Rəsmi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439684553_170:0:2901:2048_1920x0_80_0_0_4ec1b27aecea156683d8b36053e782ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ukraynada qalan tələbələrimiz imdad diləyirlər
ukraynada qalan tələbələrimiz imdad diləyirlər
Ukraynada qalan tələbələrimiz imdad dilədilər - "Yolda başımıza bir iş gəlməsə..."
15:40 28.02.2022 (Yenilənib: 18:30 28.02.2022) "Artıq biz 9 tələbə birgə Moldovaya doğru yola çıxmışıq. Əgər yolda başımıza bir iş gəlməsə, sağ qalsaq, Azərbaycana gələcəyik".
BAKI, 28 fevral — Sputnik. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə təhsil alan azərbaycanlıların təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub. Sosial şəbəkələrdə artıq Xarkovda təhsil alan iki azərbaycanlı tələbə ilə əlaqə saxlamağın mümkün olmadığını əks etdirən məlumatlar paylaşılıb.
Ukraynada təhsil alan tələbələr də Sputnik Azərbaycan-a bildiriblər ki, onlarla heç kəs maraqlanmır. Odur ki, təhlükəli olsa da, özləri yola çıxıblar. Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakültəsinin ikinci kurs tələbəsi Nuray Həsənzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kiyevdə Taras Şevçenko adına Universitetin yataqxanasında qalan 9 azərbaycanlı tələbə bu gün səhər saatlarında oradan çıxaraq Moldovaya doğru yola düşüb.
N.Həsənzadə onlarla Ukraynadakı Azərbaycan Konsulluğundan heç kəsin maraqlanmadığını söyləyib:
"Dəfələrlə bizə dedilər ki, oradan sizi təxliyə edəcəyik. Amma hər vədləri yalan çıxdı. Konsulluq bizim təxliyəmizi uzadır. Burada qalmaq isə çox təhlükəlidir. Artıq biz 9 tələbə birgə Moldovaya doğru yola çıxmışıq. Əgər yolda başımıza bir iş gəlməsə, sağ qalsaq, Azərbaycana gələcəyik".
Xarkov şəhərində fəaliyyət göstərən Ukraynanın Milli Mülki Müdafiə Universitetinin tələbəsi Müslüm Nəsrulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onları təxliyə edən yoxdur. Özləri yola çıxmağa isə ehtiyat edirlər.
Sputnik Azərbaycan Ukraynada təhsil alan azərbaycanlıların Vətənə təxliyəsinin gecikməsinin səbəblərini, onların hərbi əməliyyatlar aparılan bölgələrdən çıxardılması yollarını araşdırıb.
Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara təxliyə üçün azərbaycanlılardan 500-dən çox müraciət daxil olub: "Onların arasında tələbələr də var. Biz müraciət edənləri ayırmırıq. Kimin imkanı var, qatarla Lvova gedərək oradan Polşaya keçir. Bəziləri Moldavaya gedirlər. Azərbaycanlıların təhlükəsiz təxliyəsi istiqamətində işlər aparılır".
Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən "Dostluq" cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbələrin bir qismi əvvəldən ölkəni tərk edib:
"Bu işlə bizim Xarkovda yerləşən fəxri konsulluq məşğul olur. Onlar imkan olduqca həmvətənlərimizi Azərbaycana təxliyə ediblər. Amma yəqin ki, bir neçə gün bu təxliyə baş tutmayacaq. Çünki heç kəs onların Polşaya, Moldovaya və Rumıniyaya təhlükəsiz çatacağına zəmanət vermir. Hazırkı durum elədir ki, insanlar olduqları yerdə daha təhlükəsiz hesab olunurlar. Ona görə də tələbələrimizin təxliyəsi asan deyil. İndi Ukraynada olan tələbələrin rəsmi sayı barədə bizdə məlumat yoxdur. Çünki tələbələrin bir qismi müharibə başlamamış ölkəni tərk edib. İndi ağır döyüşlər davam edir".
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov isə bildirib ki, konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir: "Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb.
Eyni zamanda, ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qərargahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Diaspora ilə iş üzrə Dövlət Komitəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyətinin ərazisində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərin olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq".
O qeyd edib ki, konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həmvətənlərimizin müraciətləri dərhal araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir: "Ötən gün Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib. Həlak olan Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulluğunun kollektivi Qoşqar Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.