CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynadan azərbaycanlı sürücülərin təxliyəsinə başlanıldı - Rəsmi

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin təxliyəsi istiqamətində də işlər görülür.
BAKI, 28 fevral — Sputnik. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkəyə yükdaşıma ilə məşğul olan sürücülərin də fəaliyyətində problemlər yaradıb. Onlar Kiyev və Xarkovda bazarda köməksiz durumda qaldıqlarını açıqlayıblar.
Ukraynada olan həmin azərbaycanlı sürücülərin təxliyəsinə başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib. O bildirib ki, ilkin olaraq Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərim təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır.
ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib. Ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Xoşbəxtlikdən, onların həyatı üçün təhlükə yoxdur. Bir sürücü ambulator müayinə edilib. İki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Rəsmi orqanlar, səfirlik tərəfindən həmin şəxslər diqqətdə saxlanılır".
Qeyd edək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0