https://sputnik.az/20220228/azerbaycan-qara-ve-azov-denizleri-ile-bagli-bezi-muqavileleri-legv-etdi---sebeb-439684113.html
Azərbaycan Qara və Azov dənizləri ilə bağlı bəzi müqavilələri ləğv etdi - Səbəb
Azərbaycan Qara və Azov dənizləri ilə bağlı bəzi müqavilələri ləğv etdi - Səbəb
Sputnik Azərbaycan
Bir neçə gün öncə Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya biləcəyini açıqlamışdı. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T13:45+0400
2022-02-28T13:45+0400
2022-02-28T18:30+0400
gəmi
azərbaycan
qara dəniz
təhlükəsizlik
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436811248_0:88:1000:651_1920x0_80_0_0_5a599bd24d423a071728abe87d541ff8.jpg
BAKI, 28 fevral — Sputnik. Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.Bunu Sputnik Azərbaycan-a açıqlamasında ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib və qeyd edib ki, qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib: "Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib".Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya biləcəyini açıqlamışdı.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı bizə rəsmi müraciət edib.O qeyd edib ki, Montrö Konvensiyasının müddəaları çox aydındır. Nazir vurğulayıb ki, bu günədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Nazirin sözlərinə görə, Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436811248_111:0:1000:667_1920x0_80_0_0_c99bdd41f7ee918e2547661db98cb26b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
asco-nun qara və azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib
asco-nun qara və azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib
Azərbaycan Qara və Azov dənizləri ilə bağlı bəzi müqavilələri ləğv etdi - Səbəb
13:45 28.02.2022 (Yenilənib: 18:30 28.02.2022) Bir neçə gün öncə Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya biləcəyini açıqlamışdı.
BAKI, 28 fevral — Sputnik. Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib və qeyd edib ki, qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib: "Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib".
"Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - deyə M.Mehdiyev əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya biləcəyini açıqlamışdı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı bizə rəsmi müraciət edib.
O qeyd edib ki, Montrö Konvensiyasının müddəaları çox aydındır. Nazir vurğulayıb ki, bu günədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Nazirin sözlərinə görə, Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.