https://sputnik.az/20220228/telebelere-unvanli-muavinet-verilmesi-teklif-olunur-439700415.html
Tələbələrə ünvanlı müavinət verilməsi təklif olunur
Tələbələrə ünvanlı müavinət verilməsi təklif olunur
Sputnik Azərbaycan
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T23:23+0400
2022-02-28T23:23+0400
2022-02-28T23:23+0400
tələbələr
cəmiyyət
prezident
təqaüd
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 28 fevral — Sputnik. Azərbaycanda mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsi təklif olunur.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.Bildirilib ki, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan və orada təhsil alan, lakin müvafiq yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsinə, həmçinin tələbə yataqxanaları şəbəkəsinin genişləndirilməsinə böyük ehtiyac var.Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Bununla yanaşı, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.Qeyd edək ki, Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən təqaüdün məbləği artırılıb.Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmanda əksini tapıb.Fərmana əsasən, Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.Qeyd edək ki, bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbələr, prezident, təqaüd
tələbələr, prezident, təqaüd
Tələbələrə ünvanlı müavinət verilməsi təklif olunur
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
BAKI, 28 fevral — Sputnik. Azərbaycanda mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsi təklif olunur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan və orada təhsil alan, lakin müvafiq yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə ünvanlılıq prinsipi əsasında aylıq müavinətin müəyyən edilməsinə, həmçinin tələbə yataqxanaları şəbəkəsinin genişləndirilməsinə böyük ehtiyac var.
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Bununla yanaşı, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən təqaüdün məbləği artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Qeyd edək ki, bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.