https://sputnik.az/20220228/rusiya-ukrayna-danisiqlari-ne-ile-neticelendi-439710911.html
Rusiya-Ukrayna danışıqları nə ilə nəticələndi?
Rusiya-Ukrayna danışıqları nə ilə nəticələndi?
Sputnik Azərbaycan
Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları müəyyənləşdirib, konkret qərarları qeyd... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T21:12+0400
2022-02-28T21:12+0400
2022-03-01T10:08+0400
ukrayna
belarus
vladimir zelenski
rusiya prezidenti vladimir putin
belarus prezidenti aleksandr lukaşenko
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439707888_0:0:3443:1936_1920x0_80_0_0_f8ca6d8d999f57c0a2f79b20657124d8.jpg
BAKI, 28 fevral - Sputnik. Kiyev və Moskva arasında Ukraynada vəziyyətin nizamlanmasına dair danışıqlar başa çatıb.Rusiya mediasının yaydığı xəbərə görə, Belarusun Qomel vilayətində keçirilən danışıqlar beş saata yaxın davam edib. Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları müəyyənləşdirib, konkret qərarları qeyd ediblər.Hazırda nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdırlar. Podolyak deyib ki, əgər danışıqların üçüncü raundu baş tutarsa, bugünkü mövzular inkişaf etdiriləcək.Kiyev üçün görüşün əsas mövzusu atəşin dayandırılmasının müzakirəsi olub.Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların Qomel şəhərində keçirilməsinin təşəbbüskarı Belarus prezidenti Aleksand Lukaşenko olub. Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı tərəflər bu barədə razılığa gəliblər. Putinin ön şərtləriQeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür."Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıbMakron Putin və Zelenski ilə danışıqlar aparıbAvropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439707888_0:0:2729:2047_1920x0_80_0_0_0b1589b529fe8bc4cd1810c2eff8fee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, belarus, vladimir zelenski, rusiya prezidenti vladimir putin, belarus prezidenti aleksandr lukaşenko
ukrayna, belarus, vladimir zelenski, rusiya prezidenti vladimir putin, belarus prezidenti aleksandr lukaşenko
Rusiya-Ukrayna danışıqları nə ilə nəticələndi?
21:12 28.02.2022 (Yenilənib: 10:08 01.03.2022) Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları müəyyənləşdirib, konkret qərarları qeyd ediblər.
BAKI, 28 fevral - Sputnik. Kiyev və Moskva arasında Ukraynada vəziyyətin nizamlanmasına dair danışıqlar başa çatıb.
Rusiya mediasının yaydığı xəbərə görə, Belarusun Qomel vilayətində keçirilən danışıqlar beş saata yaxın davam edib. Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları müəyyənləşdirib, konkret qərarları qeyd ediblər.
Hazırda nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdırlar. Podolyak deyib ki, əgər danışıqların üçüncü raundu baş tutarsa, bugünkü mövzular inkişaf etdiriləcək.
Kiyev üçün görüşün əsas mövzusu atəşin dayandırılmasının müzakirəsi olub.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların Qomel şəhərində keçirilməsinin təşəbbüskarı Belarus prezidenti Aleksand Lukaşenko olub. Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı tərəflər bu barədə razılığa gəliblər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.
O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.
"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.