https://sputnik.az/20220228/putin-ukraynada-herbi-emeliyyatlari-dayandirmaq-ucun-sertlerini-aciqladi-439706363.html
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb
Sputnik Azərbaycan
Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T19:46+0400
2022-02-28T19:46+0400
2022-03-01T10:10+0400
putin
vladimir putin
rusiya prezidenti vladimir putin
ukrayna
emmanuel makron
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474392_0:0:3073:1728_1920x0_80_0_0_a00cc3e508a33933dc8cd291a1a6ad95.jpg
BAKI, 28 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub. O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür. "Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir. ***Kremlin mətbuat xidmətinin bir qədər əvvəl yaydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıbMakron Putin və Zelenski ilə danışıqlar aparıbAvropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474392_155:0:2886:2048_1920x0_80_0_0_a84b6401748351e28cf9749781c7069d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, ukrayna, emmanuel makron
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, ukrayna, emmanuel makron
Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb
19:46 28.02.2022 (Yenilənib: 10:10 01.03.2022) Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.
BAKI, 28 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.
O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.
"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.
Kremlin mətbuat xidmətinin bir qədər əvvəl yaydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.